Bakıda havanın keyfiyyəti açıqlanıb
16:49 08.08.2023
Cəmiyyət
460
Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov "Report"a bildirib ki, stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.3, dəm qazı 1.7, kükürd qazı 1.1, Sumqayıt şəhərində isə dəm qazının miqdarı 1.2 dəfə normadan yüksək müəyyən edilib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Dəm və kükürd qazlarının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktorunun səbəb olduğu digər təsirlərlə əlaqədardır”, - o vurğulayıb
C.Muradov qeyd edib ki, ümumiyyətlə, son günlərdə cənub istiqamətli isti hava axınlarının, eləcə də, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ilə əlaqədar ölkə ərazisində temperaturun yüksəlməsi və durğun hava şəraiti müşahidə olunur.
Yağıntıların az olması isə hava keyfiyyət göstəricilərindən istər dispers toz hissəciklərinin, istərsə də çirkləndirici qaz qarışıqlarının miqdarının normadan yüksək olmasına səbəb olur.
Həftəsonuna qədər davam edəcək isti hava şəraitində meteohəssas insanların açıq havada az olması, tez-tez maye qəbul etməsi məsləhət görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi