“Bu uşaqların valideynləri hardadır?”
Yusif Nəzərli
11:09 10.08.2023
Dünya
607
Foto sosial medianı ayağa qaldırıb
Səyahət gəmisində çəkilən foto sosial medianı ayağa qaldırıb. Fotonu görənlər “Bu uşaqların valideynləri hardadır? Təhlükəsizlik əməkdaşları hardadır?” deyə üsyan edir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, fotoda təhlükəsizlik jileti geyinməmiş 2 azyaşlının gəminin göyərtəsində məhəccərlər üzərində əyləşdiyi əks olunub. “Carnival Cruise Miami Blog tərəfindən internetdə yayılan foto müzakirələrə səbəb olub. Fotonun Liz Pride tərəfindən çəkildiyi bildirilir. Hadisənin kruiz gəmisi “Royal Caribbean”da yaşandığı qeyd edilir. Şirkət rəhbərliyi hadisə barədə açıqlama vermək zorunda qalıb. Şirkət sözçüsü “Insider”ə açıqlamasında bunları deyib:
“Sərnişinlərin və gəmi heyətinin təhlükəsizliyi bizim üçün ən önəmli məsələdir. Gəmi sərnişinləri və heyətin əməl etməli olduğu prinsiplərimiz var. Hər kəsə bunu bildirir və göz ardı etməmələri üçün gərəkən tədbirləri icra edirik”. Fotoya rəy bildirən sosial media istifadəçilərindən bəzisi isə təhlükəsizlik tədbirlərinə əməl etməyən ailənin gəmidən xaric edilməli olduğunu yazıb: “Bu ailəyə gəmi səyahətinə çıxmağa bir daha icazə verilməməlidir. Ömürlərinin sonunadək dənizə, gəmi səyahətinə qoy həsrət qalsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region