
Artan gərginlik: Mişutsinin İran səfəri nəyə hesablanıb? -PƏRDƏARXASI
10:18 30.09.2024
Dünya
569
Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfər edəcək. Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, baş nazir Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək. Qeyd edək ki, Mişustin sabah İrana səfər edəcək.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Rusiya və İran arasında müəyyən problemlər var:

“İki ölkənin geosiyasi mövqeylərində kəskin ziddiyətlər müşahidə olunur. Ona görə də son vaxtlar Rusiyanın yüksək rütbəli şəxsləri İrana daha çox səfərlər edirlər. Eyni zamanda İran rəsmiləri də Moskvada müzakirələr aparırlar. Təbii ki, sözügedən səfərlər zamanı İran və Rusiyanın geosiyasi mövqeylərinin uzlaşdırılması istiqamətində müzakirələr gedir. Hazırda Rusiya və İran arasındakı kəskin ziddiyətlərin sırasında Ermənistan mövzusu da mövcuddur. Rusiya Zəngəzur dəhlizinin lehinə, İran isə əleyhinədir. Bu baxımdan İran və Rusiya arasında Zəngəzur dəhlizi ətrafında kəskin maraq toqquşmaları var. Böyük ehtimalla bu məsələ ilə əlaqədar da iki ölkənin rəsmiləri arasında müzakirələr aparılmaqdadır. Amma indiki situasiyada Rusiya və İran arasında daha fərqli problemlər də var. Həmin problemlər Qərb siyasi dairələri və Rusiya arasındakı çəkişmələrdir. Artıq Kremldə müşahidə edirlər ki, İran Qərblə münasibətlərdə nisbətən yumşalmalara çalışır. Bu isə İranın Rusiyaya verdiyi hərbi dəstəyin zəifləməsi ilə nəticələnə bilər. Ümumiyyətlə son vaxtlar Cənubi Qafqaz ətrafında yaranan qəliz situasiya bir çox dövlətləri üz-üzə gətirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual