
İmtahan saxtakarlığı: Vaxtında dərslərini oxumayanlar müxtəlif yollarla uğur qazanmaq istəyirlər
11:46 20.12.2024
Elm və Təhsil
689
"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir".
Bu barədə Dövlət İmtahan Mərkəzinin imtahan iştirakçılarını qaydalarla bağlı çağırışında deyilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarını maarifləndirmək, həmçinin baş verə biləcək pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı məlumat təqdim edir:
"Məlum olduğu kimi, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. İstər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır. Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir".
"Bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunmuşdur və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunmuşdur. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılmış cinayət işinə lazımi hüquqi qiymət verilib.
Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunmuşdur. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunmuş və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunmuşdur. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək", - deyə məlumatda bildirilib.
Təhsil eksperti Cahid İmanlı “Sherg.az”a bildirib ki, istər DİM-in təşkil etdiyi mərkəzləşmiş qəbul, istərsə də Ali Təhsil müəssisələri daxilində olan imtahanlarda eyni hal yaşanmaqdadır:

“Səbəbsə hər zaman eynidir. Vaxtında dərslərini oxumayan abituriyent və tələbələr müxtəlif yollarla uğur qazanmaq istəyirlər. Təbii ki belə olan halda müəyyən işbazlar, fırıldaqçılar da araya girirlər. Hazırda imtahan saxtakarlığına görə elə də ciddi cəzalar yoxdur. Ən optimal cəza imtahan nəticəsinin ləğv edilməsidir. Baş verən saxtakarlığı minimuma endirmək üçün saxtakarlığı törədən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək daha doğru olardı. Belə olanda sui- isitfadəçilərin də sayı azalar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm