
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - RƏY
Yusif Nəzərli
23:56 12.02.2025
Region
980
Bu o deməkdir ki, konstitusiyasında qonşularına qarşı ərazi iddiası yer alan bu işğalçı ölkəni silahlandırmaqda davam edəcəklər
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tərəflər Bakı-İrəvan danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər. Paşinyan bildirib ki, İrəvan sülh gündəliyinə və kommunikasiyaların bərpasına sadiqdir. Emmanuel Makron isə Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində olduğunu təsdiqləyib.
Milli Məclisin deputatı Sahib Alıyev “Sherg.az”a açıqlamasında xatırladıb ki, Parisdəkilərdən cəmisi bir neçə gün qabaq Tehrandakılar da eyni məzmunlu moizələrini növbəti dəfə təkrarlamağa ehtiyac duymuşdular:

“Bu da əslində, onların Ermənistanı revanşizmə həvəsləndirmələrinə son qoymaqla bağlı xəbərdarlıqlarımıza verdikləri reaksiyadır. Yəni Ermənistanı silahlandıranların burada da sinxron hərəkətləri heç də onunla bağlı deyil ki, regionda doğrudan da sərhədlərin dəyişdirilməsi təhlükəsi var. İndi elə bir təhlükə yoxdur. Amma gələcəkdə ola bilər. Bu regionda sərhədləri kimin dəyişdirdiyini, hansı ölkənin torpaqlarının 30 ildən artıq işğal altında olduğunu Tehrandakı əmmaməlililər də, Parisdəki xaçlılar da gözəl bilirlər. Hayları silahlandırmaqla da gələcəkdə bunun bir daha təkrarlanmasına çalışırlar. Onların Ermənistanın sərhədlərinin toxunulmazlığını əzmlə dəstəkləyəcəkləri haqda açıqlamaları da, əslində, o deməkdir ki, konstitusiyasında qonşularına qarşı ərazi iddiası yer alan bu işğalçı ölkəni silahlandırmaqda davam edəcəklər”.
Yeri gəlmişkən, deputat əlavə edib ki, Ermənistanla İran arasında yazda imzalanması gözlənilən "uzunmüddətli hərtərəfli strateji tərəfdaşlıq" anlaşmasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinin nəzərdə tutulduğu haqda da xəbərlər var ki, buna da ən çox cəhd edən rəsmi Tehrandır:
“Ermənistanın Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan bir neçə gün öncə etiraf etmişdi ki, rəsmi İrəvanın bu məsələdə tərəddüdləri fonunda İran dəfələrlə Ermənistanla hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə çalışıb. O, Fransa və Rusiyanın bu əməkdaşlığa göz yummağa hazır olduqlarını bildiyini də vurğulamışdı. Beləliklə, hay işğalına dəstək verənlərin yenə də eyni niyyətlə yaşadıqları, qətiyyən dəyişmədikləri açıq-aydın ortadadır. Sadəcə, geosiyasi reallıq dəyişib ki, onu da dəyişdirən Azərbaycandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm