
USAİD-in yarıtmaz fəaliyyəti nəticəsində dövlətlərə və xalqlara böyük zərbələr endirilib -RƏY
10:19 14.02.2025
Siyasət
503
Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD-in fəaliyyəti əslində bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib. Tramp hakimiyyəti və İlon Maskın USAİD-lə bağlı çıxışları diqqət çəkir. Tramp USAID-i “görünməmiş miqyasda korrupsiyada” ittiham etməklə, əslində, bu qurumun xarici ölkələrə maliyyə yardımı və inkişaf proqramları vasitəsilə vəsaitlərin israf edilməsi və ya məqsədsiz istifadəsini nəzərdə tutur. İlon Maskın USAID-i “cinayətkar təşkilat” adlandırması və “ölməyinin vaxtıdır” deməsi isə daha kəskin və radikal mövqedir. Mask açıq şəkildə bu qurumun fəaliyyətini qeyri-qanuni və zərərli hesab etdiyini bildirir. Eyni zamanda USAİD-in Azərbaycana qarşı fəaliyyəti konkret istiqamətlər üzrə dezinformasiya, yalan və şantaj üzərində qurulub.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, USAİD təkcə Azərbaycanda deyil, bütövlükdə bir çox bölgələrdə ən təhlükəli ssenarilərin və xain planların icraçısı qismində iştirak edib:

“Məhz USAİD-in təhlükəli və qəbuledilməz fəaliyyət uzun illər dünyanın fərqli coğrafiyalarında haqlı narazılıq yaradıb. Azərbaycan dəfələrlə USAİD-in fəaliyyətinin qəbuledilməz olması ilə bağlı dünya ictimaiyyətinə müraciətlər ünvanlayıb. Eyni zamanda Donald Tramp hakimiyyəti və İlon Mask birlikdə bu gün USAİD-in ifşa olunma prosesini ən yüksək səviyyədə həyata keçirir. Doğrudan da USAİD-in rəhbəri Samanta Pauer uzun illərdən bəri bu təşkilat vasitəsilə dünyadakı rəngli inqilabları maliyyələşdirir. Hətta bəzən USAİD-in adı terror təşkilatları ilə birlikdə çəkilir. Faktiki olaraq USAİD-in yarıtmaz fəaliyyəti nəticəsində dövlətlərə və xalqlara böyük zərbələr endirilib. USAİD törətdiyi cinayət əməllərinə görə nəinki bağlanmalı, hətta beynəlxalq məhkəmələr qarşısına çıxarılmalıdır. USAİD-in fəaliyyəti birdənbirə ortaya çıxması təsadüfi deyil, çünki həmin hadisədə ABŞ böyük rol oynayır. İndi Amerika Birləşmiş Ştatlarında yeni Tramp hakimiyyətinin Amerikanın dövət sisteminin yaratdığı USAİD təşkilatıyla bağlı atdığı addımlar təqdirəlayiqdir. Ümid edirik ki, dünyanın fərqli coğrafiyalarında USAİD-in qanunsuz fəaliyyətini ifşa edən İlon Mask həmin təşkilatın Azərbaycandakı cinayət əməllərini də vaxtında ortaya çıxardacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət