
İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur - RƏY
Yusif Nəzərli
01:22 15.02.2025
Region
693
Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yarada bilər
Ermənistan Zəngəzur dəhlizində Azərbaycan yüklərinə maneəsiz yol verilməsi imkanlarını öyrənir. Bu barədə Ermənistan parlamentinin hakim Mülkü Müqavilə fraksiyasının katibi Artur Ovannisyan danışıb. Onun sözlərinə görə, hazırda Ermənistanın müəyyən orqanlarının köməyi ilə icra ediləcək texniki imkanlar müzakirə edilir. Ovanisyan həmçinin qeyd edib ki, ölkə ərazisindən müvafiq orqanların bilmədiyi yük daşına bilməz. Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verildiyini və müzakirə etməyə hazır olduqlarını bildirib. Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
Ermənistan parlamentinin deputatı Geqam Manukyan deyib ki, Azərbaycana Ermənistan ərazisindən yüklərin yoxlama olmadan daşınmasına imkan yaradılacağı istisna deyil. Siyasətçi bildirib ki, bugünlərdə Ermənistan Baş naziri Nikol Paşinyan bəyan elədi ki, (yolların açılması ilə bağlı) Azərbaycana təklif veriblər: "Hakimiyyətin fikrincə, Azərbaycan bundan imtina etməz. Bu, nə deməkdir? İki gün əvvəl də Ermənistan parlamentinin sədri Alen Simonyan açılacaq yollardan yüklərin fasiləsiz daşınmasından danışıb. Nə barədə danışdıqlarını təsəvvür etmək mümkündür. İstisna edilmir ki, Ermənistan hökuməti Azərbaycana ölkəmizin ərazisindən yüklərin yoxlama olmadan daşınmasını təklif edib”. Manukyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin edilməsi üçün İrəvanın Bakıya şifahi razılıq verdiyini istisna etmir.
Millət vəkili Soltan Məmmədov deyib ki, Zəngəzur dəhlizinin açılması 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarından biridir. Deputatın sözlərinə görə, Ermənistan tərəfi bu sənəddə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur:

"Ermənistan hakimiyyəti daha əvvəl də üçtərəfli bəyanatda əksini tapmış bəzi öhdəliklərinə məsuliyyətsiz yanaşıb və nəticədə daha çətin vəziyyətlə qarşılaşıb. Ermənistan tərəfinin dörd ildən çoxdur məsələyə qeyri-konstruktiv mövqe sərgiləməsi və 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu ölkənin reallıqları düzgün qiymətləndirə bilmədiyini göstərir. Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Lakin hər bir ölkə imza atdığı sənədin məsuliyyətini anlamalıdır. Qırx dörd günlük müharibədən sonra regionda tamamilə fərqli reallıqlar yaranıb. Sülh üçün unikal imkanlar mövcuddur. Azərbaycanın məqsədi bu imkanları reallığa çevirməkdir".
Parlament üzvü vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yarada bilər:
"Bu dəhlizin fəaliyyət göstərməsi nəticə etibarilə Ermənistanın iqtisadiyyatına da ciddi dəstək verəcək. Eyni zamanda, uzun illər region xalqlarını narahat edən mübahisəli məsələlərin gündəlikdən çıxmasına səbəb olar. Təcrübə göstərir ki, iqtisadi maraqlar əsasında qurulan münasibətlər daha davamlı və etibarlı olur. Ermənistan bölgədə ənənəvi destruktiv rolundan imtina etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol