Azərbaycanda stomatologiya üzrə klinik protokollar hazırlanır - RƏSMİ
Yusif Nəzərli
06:31 14.05.2025
Sağlamlıq
529
Stomatologiya üzrə klinik protokolların bu il ərzində hazırlanması nəzərdə tutulub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
"Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən verilən məlumata görə, Stomatologiya sahəsində klinik protokolların cari il ərzində hazırlanması nəzərdə tutulub", - nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, klinik protokol - müntəzəm yenilənən, hər hansı bir xəstəlik, sindrom, klinik situasiya zamanı tibbi xidmət üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət sənəddir.
Protokollar ən azı beş ildən bir yenilənməlidir, hətta bəzi protokollar üç ildən bir yenilənir. Klinik protokolların tərtib olunması Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilən "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir.
Ətraflı
Ad - 00:02
Səhiyyə Nazirliyinin 2021-ci il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş "Klinik protokolların yenilənməsi" protokolların yenilənməsi və yeni protokolların tərtibi həyata keçirilir. Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.
2008-ci ildən 2015-ci ilə qədər İSİM tərəfindən 91 klinik protokol tərtib edilib. Bunlardan 66-sı yenilənib, 5 yeni klinik protokol tərtib olunub.
Klinik protokollar bir qayda olaraq Səhiyyə Nazirliyinin Elmi-tibbi Şurası tərəfindən təsdiq olunur. İSİM təsdiqlənmiş protokolları çap edir və tibb müəssisələrinə təqdim olunur. Eləcə də, protokolların elektron versiyası İSİM-in saytına yerləşdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya