
Ukrayna üzərindən Saakaşviliyə dəstək verilməsi ehtimalı yüksəkdir -AÇIQLAMA
11:12 14.05.2025
Dünya
953
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili illik hesabatı təqdim edərkən deyib ki, Mixeil Saakaşvilini inqilab ssenarisi ilə Gürcüstana seçkilərdən iki gün öncə xamalarla dolu konteynerdə gəlməsini Ukrayna Hərbi Kəşfiyyat Xidməti təşkil edib. Spiker söyləyib ki, Saakaşvili Gürcüstana xarici xüsusi xidmətlərin köməyi ilə daxil olmasından iki gün öncə Brüsseldə dəhlizlərdə gəzib və müşavirələr keçirib. Saakaşvili üçün seçkilərin nəticələrinin açıqlanmasından dərhal sonra inqilabi prosesə başlamaq ssenarisini hazırlamışdılar. Bu inqilab cəhdi də baş tutmadı. Gürcüstanın dövlət təhlükəsizliyi orqanları Saakaşvilini seçkilərdən əvvəlki gecə həbs etdilər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli Sherg.az-a bildirib ki, Mixeil Saakaşvili Gürcüstanda prezidentliyi dövründən sonra Ukraynaya köçərək vətəndaşlıq alıb:

“O, eyni zamanda Ukrayna daxili siyasətində siyasətçi kimi rol oynayıb. Hətta uzun müddət Ukraynada işlədikdən sonra Gürcüstanda prezident seçkiləri başlamazdan bir neçə gün öncə ölkəyə qayıdacağını söyləmişdi. Ümumiyyətlə Qərb ölkələrinin Ukraynaya hərbi və kəşfiyyat üzrə dəstəkləri üstünlük təşkil edir. Belə olan halda Ukrayna üzərindən Saakaşviliyə dəstək verilməsi ehtimalı yüksəkdir. Rusiyanın rolu isə daha çox Saakaşvilinin tapılması və qeyri-qanuni şəkildə ölkəyə daxil olmasının üstünün açılmasında Gürcüstanın hakimiyyətinə köməkdən ibarətdir. Çünki Saakaşvili siyasi görüşünə uyğun olaraq Gürcüstanı Avropa yönümlü olmağa aparırdı. Hazırda Gürcüstandakı hakimiyyət regionun reallıqları əsasında qonşu ölkələrlə yaxşı münasibət qurmağa və Qərbin son illər ölkənin daxili siyasətinə qarışma prosesinin qarşısını almağa çalışdığı üçün reform həyata keçirir. Bu isə Saakaşvilinin yenidən ölkəsinə qayıdaraq siyasətdə yer almağa çalışmasında özünü göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm