Papa 14-cü Leo Türkiyəyə gəlmək istəyir
Papa 14-cü Leo Türkiyəyə gəlmək istəyir
11:18 14.05.2025
Gündəm
384
Katoliklərin yeni ruhani lideri Papa 14-cü Leo da sələfi Papa Fransisk kimi bu il Birinci İznik Şurasının ildönümündə Türkiyəyə gəlmək istəyir.
Sherg.az xəbər verir ki, Papa 14-cü Leo Birinci İznik Şurasının 1700-cü ildönümü münasibətilə İznik şəhərini ziyarət etməyə hazırlaşdığını açıqlayıb. Fransiskə, jurnalistlər tərəfindən İznikə səfər etmək niyyəti xatırladılaraq onun da ora gedib-getməyəcəyi sualı verilib. O isə “Bunu bilirəm. Hazırlaşırıq” cavabını verib.
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, əgər Papa 14-cü Leo Türkiyəyə səfər etsə, Fənər Rum Patriarxı I Bartholomeos ilə də görüşə bilər.
Birinci İznik Şurası Xristianlıq tarixində önəmli yerə sahibdir. Şura, Roma imperatoru I Konstantinin çağırışı ilə, kilsəyə bağlı bütün yepiskopların iştirakı ilə 325-ci ildə keçirilmişdi. Xristianlıq tarixi baxımından əhəmiyyətli hesab edilən bu toplantıda bir sıra dini məsələlər müzakirə olunub və qərara bağlanıb.
Britannica ensiklopediyasındakı məlumata görə, Birinci İznik Şurası eyni zamanda kilsənin ilk ümumdünya (ekumenik) şurası hesab olunur. Başqa sözlə, bütün inanclıların təmsil olunduğu bir toplantı idi.
I Konstantin şuranın açılış mərasiminə özü sədrlik etmiş, müzakirələrə və fikir mübadiləsinə də qatılmışdı. O, bu şura vasitəsilə Şərq kilsəsində "Arianizm" axınının yaratdığı problemin həll olunacağına inanırdı. İsgəndəriyyəli Ariusa bağlı olan bu inanc, İsanın müqəddəs olmadığını, yaradılmış olduğunu iddia edirdi.
Birinci İznik Şurasında İsgəndəriyyəli Arius lənətləndi və “eyni mahiyyətdən gələn” (homoousios) ifadəsi İznik Etirafına əlavə olundu. Bununla da “Ata” və “Oğul”un mütləq bərabərliyi rəmzləşdirildi. Bundan əlavə, Arianizm Xristianlıqda bir “sapqınlıq” olaraq qəbul olundu; imperator Konstantin isə daha sonra Ariusu sürgün etdi və kilsə ilə dövlətin həmrəyliyini vurğuladı.
Şurada Pasxa bayramının ortaq bir tarixdə qeyd olunması məsələsində razılıq əldə edilməyə çalışılsa da, bu mövzuda uğur qazanılmadı. Bununla yanaşı, yepiskopların necə müqəddəsləşdiriləcəyi, din adamlarının faizlə pul verməsinin qınanması və yepiskop, keşiş və diyakonların bir kilsədən digərinə keçməsinin qadağan olunması kimi məsələlərdə də qərarlar qəbul edildi.
Papa I Silvestr özü şurada iştirak etməsə də, ora nümayəndə göndərmişdi.
Bəs, daha əvvəl hansı Papalar Türkiyəyə səfər edib?
Qeyd edək ki, Papa 14-cü Leo İznikə gələrsə, Türkiyəyə səfər edən ilk papa olmayacaq.
Türkiyəyə ilk papa səfəri 1967-ci ildə Papa VI Pavel tərəfindən reallaşdırılıb. Daha sonra Papa II İohann Pavel 1979-cu ildə, Papa XVI Benedikt 2006-cı ildə, Papa Fransisk isə 28-30 noyabr 2014-cü il tarixlərində Türkiyəni ziyarət edib.
“Türk Papa” təşəbbüs göstərmişdi
Anadolu Agentliyinin yaydığı məlumata görə, Vatikanın İstanbul nümayəndəsi olaraq 1935–1944-cü illər arasında fəaliyyət göstərmiş və daha sonra 1958-ci ildə papa seçilmiş Angelo Roncalli (Papa XXIII İoannes) Türkiyədə “Türk Papa” adı ilə tanınırdı. Onun təşəbbüsü ilə 1960-cı ildə təsis olunan diplomatik əlaqələr çərçivəsində bu günə qədər Vatikan tərəfindən Türkiyəyə üç yüksək səviyyəli ziyarət baş tutub.
Papa VI Pavel vəzifəyə gəldikdən üç il sonra, beşinci apostolik səfərini Türkiyəyə etmişdi. O dövrdə səfərini İstanbul və Selçukdakı Məryəm Ana Evi ilə məhdudlaşdırmış, Fənər Patriarxı I Atenagoras ilə kilsələrarası dialoqun inkişaf etdirilməsi üçün görüşmüşdü.
Əslən polyak olan Papa II İohann Pavel də vəzifəsinin ikinci ili tamam olmadan dördüncü apostolik səfərini Türkiyəyə reallaşdırıb.
Onun ardından gələn Papa XVI Benedikt də vəzifəsinin ikinci ilində beşinci apostolik səfərini Ankaranı, İstanbul və Selçukdakı Məryəm Ana Evini əhatə edən proqramla həyata keçirib. İstanbul səfəri zamanı Sultanahmət məscidində dönəmin İstanbul müftisi Mustafa Çağırıcı ilə birlikdə dua etmişdi.
Papa XVI Benediktin 2013-cü ilin fevralında gözlənilməz şəkildə istefa verməsinin ardından keçirilən konklavda, Papa Fransisk seçilmiş və 266-cı papa olaraq 2014-cü ildə altıncı apostolik səfərini Türkiyəyə reallaşdırmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm