Trampdan yenə zirvə açıqlaması: “Türkiyəyə gəlməyim mümkündür”
12:26 14.05.2025
Gündəm
547
Türkiyə sabah Rusiya və Ukrayna arasında keçiriləcək kritik bir görüşməyə ev sahibliyi edəcək. Rusiyadan kimlərin qatılacağı isə axşam saatlarında bəlli olacaq. ABŞ Prezidenti Donald Tramp da bir daha Türkiyəyə gələ biləcəyini söyləyib.
Sherg.az xəbər verir ki, Prezident təyyarəsi “Air Force One”-da jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp, “Əgər Putin İstanbuldakı görüşdə mənim orada olmamı istəsə və bu mümkünsə, gələ bilərəm. Əgər orada olmazsam, danışıqlara qatılar, bilmirəm. Bunu birlikdə öyrənəcəyik.” deyə açıqlama verdi.
İstanbula gedib-getməyəcəyi sualına Tramp belə cavab verib:
“Sabah Birləşmiş Ərəb Əmirliklərində olacağıq. Çox sıx bir proqramımız var. Amma bu, həyat qurtarmaq üçün geri dönməyəcəyimiz anlamına gəlmir.”
Kremlin sözçüsü Dmitri Peskov isə, İstanbulda keçiriləcək Ukrayna sülh danışıqlarında iştirak edəcək Rusiya heyətinin axşam saatlarında bəlli olacağını açıqlayıb. Heyətin tərkibinin, “Putin göstəriş verdikdən sonra” elan ediləcəyini bildirib.
Peskov deyib:
“Rus heyəti sabah İstanbulda olacaq və Ukrayna heyətini gözləyəcək.”
Putinin iştirak etməyəcəyi halda, Rusiya heyətinə 2022-ci ildəki danışıqlarda olduğu kimi keçmiş Mədəniyyət naziri Vladimir Medinskinin rəhbərlik edəcəyi gözlənilir.
Ukrayna Prezidenti Zelenski isə Putinin onunla görüşməkdən qorxduğunu irəli sürərək belə deyib:
“Putinin Türkiyəyə gəlməməsi, barış və ciddi danışıqlar niyyətində olmadığını göstərən aydın bir siqnal olacaq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm