Rusiyanın balans oyunu: Kreml Tehranla yaxın, amma Təl-Əvivə üstünlük verir
Yusif Nəzərli
01:03 21.06.2025
Dünya
464
Rusiya Prezidenti Vladimir Putin İsraillə İran arasında münaqişənin həll etmək üçün vasitəçilik potensialına malikdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kremlin sözçüsü vurğulayıb ki, hazırda Rusiya İranla tərəfdaşlıq, İsraillə isə “çox bərabər, etibarlı münasibətlər” saxlayır. Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı BMT Nizamnaməsini pozan Rusiyanın İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməsi ideyasını şübhə altına alıb. ABŞ Prezidenti Donald Tramp da hələ ki, Rusiya lideri Vladimir Putinin İran və İsrail arasındakı münaqişənin həllinə kömək təklifi ilə maraqlanmadığını bəyan edib: "Rusiya Prezidenti Vladimir Putin vasitəçilik etməyi təklif edib. Mən isə ona dedim ki, gəlin əvvəlcə Rusiya ilə bağlı vəziyyəti həll edək. Sonra isə İranla məşğul ola bilərsiniz".
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Putin vasitəçilik planı ilə başqa bir hədəfə doğru irəliləmək strategiyasını test edir. Ekspertin fikrincə, yəni Putin Trampa Rusiya-ABŞ münasibətlərinin düzəlməsi, Ukrayna müharibəsində sövdələşmə ilə imtiyaz əldə etmək niyyətini ifadə edib:
"Çünki Putin İsrail-İran münaqişəsini ABŞ ilə danışıqlarda fürsətə çevirmək niyyətindədir. Mümkündür ki, Rusiya bunun üçün ABŞ ilə birgə İsrail-İran müharibəsinə son qoyulması üçün strategiya hazırlamasının tərəfdarıdır. Bu plan, Rusiyanın Ukraynada apardığı hərbi kampaniyada Vaşinqtondan siyasi dəstək almasına hesablanmış planın bir hissəsidir. Yəni Putinin təklifinin arxasında Rusiyanın diplomatiya vasitəsilə ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyi dayana bilər".
Analitikə görə, Rusiya İsrail-İran müharibəsinə yanaşmada tərəflərdən birinə strateji dəstək olmaqdan yayınır:
"Bunun səbəbləri aydındır: Rusiyanın İranla da, İsraillə də əlaqələri yaxşıdır. Hərçənd ki, Rusiya ilə İran arasında müqavilə-hüquq bazası üzrə tərəfdaşlıq sənədləri daha üstündür. Lakin Rusiya faktiki reallıqlardan çıxış edərək İsraillə olan arxa kanal əlaqələrinə üstünlük verir. Üstəlik, Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz-üzə gəlməkdən qaçır. Bunun bir səbəbi də odur ki, Rusiya İranı həqiqi müttəfiq kimi nəzərdən keçirmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya