
Kazino sənayesi turizmin inkişafında mühüm vasitələrdən biridir -ANALİZ
13:08 21.06.2025
İqtisadiyyat
558
Bu gün Milli Məclisdə keçirilən plenar iclasda müxtəlif sahələri əhatə edən 13 qanun layihəsi müzakirə olunur. Layihələr arasında iqtisadiyyat, məhkəmə-hüquq sistemi, sosial təminat və inzibati prosedurlar üzrə dəyişikliklərlə yanaşı, oyun biznesinin, o cümlədən kazinoların tənzimlənməsi ilə bağlı hüquqi mexanizmlər də diqqət mərkəzindədir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə yanaşı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi də bu məsələ üzrə təqdimatla çıxış edib. Təqdim olunan layihədə məqsəd ölkədə qumar və mərc oyunlarının qeyri-rəsmi və nəzarətsiz şəkildə deyil, dövlət nəzarəti altında, qanunvericilik çərçivəsində tənzimlənməsidir. Dünyada bir çox ölkə kazinoları maliyyə axını və turizmin inkişafı baxımından ciddi potensiala malik sahə kimi görür. Məsələn, Makaoda qumar sektorundan gələn vergi daxilolmaları ümumi büdcənin 70%-nə yaxındır. Gürcüstanda isə bu sahə həm yerli valyuta axınını artırır, həm də qonşu ölkələrdən turist axını ilə iqtisadi canlanma yaradır. Azərbaycan üçün də bu sahənin məhdud və mərhələli şəkildə leqallaşdırılması, həm turizm potensialını artırmaq, həm də qeyri-rəsmi axınları nəzarətə almaq baxımından iqtisadi dividentlər vəd edə bilər.
Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a deyib ki, xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində süni adaların yaradılması ilə bağlı qanun mövcuddur:

“Bu adalarda biznesin və sahibkarlığın daha da genişləndirilməsi məqsədilə qarşıda bir sıra işlərin görülməsi zərurəti yaranır. Məhz bu səbəbdən, bu gün qəbul olunan qanun layihəsində həmin adalarda kazino və mərc oyunlarının da fəaliyyətinə icazə verilməsi ilə bağlı müddəa yer alıb. Məlumdur ki, kazino sənayesi bir çox ölkələrdə turizmin cəlb olunması və bu sahənin inkişafı baxımından mühüm vasitələrdən biri hesab olunur. Eyni zamanda, bu fəaliyyət yalnız Azərbaycanın bütün ərazisində deyil, məhz sadəcə süni adalarda tətbiq olunacaq. Qanuna əsasən, 21 yaşına çatmamış şəxslərin həmin ərazilərə daxil olması qadağan ediləcək. Hesab edirəm ki, süni adalarda biznesin inkişaf etdirilməsi və genişləndirilməsi baxımından bu qanunun qəbul olunması ölkə iqtisadiyyatına müsbət töhfə verəcək. Bu qanun, həmçinin süni adaların beynəlxalq biznes və turizm mərkəzinə çevrilməsi istiqamətində mühüm hüquqi əsas rolunu oynayacaq. Beləliklə, yaradılacaq iqtisadi imkanlar xarici sərmayələrin cəlbinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu isə gənclərin işsizliyinin azaldılmasına, bacarıqlarının artırılmasına və sosial sabitliyin möhkəmlənməsinə xidmət edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya