10 illik xəyanət planlarının üstü açıldı - ŞƏRH
02:43 22.06.2025
Siyasət
482
Bako Saakyan və digər separatçılar “şakal” imici ilə məhv olurlar
“Vaxtilə Qorbaçov-Yeltsin şovinist cütlüyünün dəstəyi ilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma, separatçı qurumun “rəhbəri” olmuş Bako Saakyan Bakı Hərbi Məhkəməsində keçirilən növbəti iclasda özünüifşa ilə məşğul idi”. Bu sözləri “Sherg.az”a açıqlamasında siyasb şərhçi Bəybala Mirzəyev deyib.
Onun sözlərinə görə, məhkəmənin gedişində, təqsirləndirilən şəxs B.Saakyanın 2015-ci ildə səsləndirdiyi və Ermənistan mətbuatında dərc edilmiş fikirləri oxunub: “Bəlli oldu ki, 10 il bundan öncə həmin açıqlamasında B.Saakyan bunları deyib: “Biz sonda Ermənistanla birləşməyə can atırıq. Biz bu böyük istəklə yaşayırıq, lakin vaxt hələ çatmayıb”. Bako Saakyan məhkəmədə prokurorun sualını cavablandırarkən vaxtilə həqiqətən də bu ifadələri işlətdiyini təsdiqlədi:
“Mən onu bildirmişəm ki, vaxt gələcək daha əlverişli şərait olanda biz bu biri məqsədimizi (Azərbaycanın vaxtilə işğalda olan ərazilərinin Ermənistana birləşdirilməsi ideyasını nəzərdə tutur – red.) də həyata keçirəcəyik”.
Lakin Saakyanın və onun kimi digər murdar terrorçuların, separatçıların gözlədikləri həmin "gələcək" gəlmədi. Əvəzində isə haqq-ədalət gəldi. İlahi və tarixi ədalət bərpa olundu. Azərbaycan əvvəlcə 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü, daha sonra isə 23 saatlıq antiterror əməliyyatının sayəsində isə tam suverenliyini bərpa etdi, separatçılığın kökünü qazıdı, separatçıları isə Bakıdakı məlum türmənin sakinlərinə çevirdi”.
B.Mirzəyev qeyd edib ki, "şakal" imicinə malik Bako indi sınmış "qürur"u ilə 10 il əvvəlki sayıqlamalarının, xülyalarının puça çıxdığını bir-bir etiraf edir:
“"Azərbaycanın Nürnberqi" adını alan tarixi məhkəmə isə hələ davam edir...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya