Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərib - ARAŞDIRMA
Yusif Nəzərli
05:07 23.06.2025
Sağlamlıq
494
Avropa Nevrologiya Akademiyasının (EAN) konqresində təqdim edilən araşdırma diabet üçün istifadə edilən “liraglutide” adlı dərmanın miqren müalicəsində də təsirli ola biləcəyini ortaya qoyub.
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, İtaliyanın Neapol Universitetindən doktor Simon Braka və komandası piylənməsi və xroniki miqreni (ayda 15 və ya daha çox baş ağrısı günü) olan 26 nəfərə bu dərmanı verib. Nəticədə iştirakçılar ayda orta hesabla 11 gün daha az baş ağrısı yaşayıb və gündəlik fəaliyyətlərində əhəmiyyətli yaxşılaşma müşahidə olunub.
“Liraglutide” reseptor aqonistidir və əsasən 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunur. Bu araşdırmada dərmanın təsirinin çəki azalması ilə deyil, beyin mayesinin təzyiqini aşağı salması ilə əlaqəli olduğu ortaya çıxıb. Məhz bu mexanizm miqrenin yaranmasına səbəb olan daxili təzyiqləri azaltmaqla ağrının qarşısını ala bilər. Əlavə olaraq xəstələrdə ciddi çəki itkisi müşahidə olunmayıb. Həmçinin mədə-bağırsaqla bağlı yüngül yan təsirlər (ürəkbulanma, qəbizlik) olub, amma müalicəni dayandırmaq lazım gəlməyib. Effektlər 3 ay ərzində davam edib və xəstələrin çoxu ilk iki həftədə müsbət dəyişiklik hiss etdiblər.
Araşdırma hələ pilot mərhələsindədir və növbəti mərhələdə daha geniş, təsadüfi seçilmiş sınaqlar planlaşdırılır. Nəticələr təsdiq olunarsa “liraglutide” və bənzər dərmanlar, xüsusilə digər müalicələrə cavab verməyən miqren xəstələri üçün yeni ümid ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya