
İT mütəxəssisi: Köhnəlmiş standartlarla təhlükələrə qarşı mübarizə aparmaq çətindir
11:17 24.06.2025
Texnologiya
588
Azərbaycanda informasiya texnologiyaları və internet infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni dövlət standartlarının hazırlanması istiqamətində işlər görülür.
Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.
O qeyd edib ki, bu vaxta qədər informasiya təhlükəsizliyi ilə bağlı tətbiq edilən standartlar artıq aktual deyil, informasiya təhlükəsizliyi üçün kifayət etmir və müasir texnoloji çağırışlara cavab vermir:
"Hazırda biz bu sahədə daha geniş əhatəli və müasir tələblərə uyğun standartlar hazırlayırıq. Bu standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmır, həm də xidmət sahələrini, internet bağlantılarını, informasiya axınını və provayderləri əhatə edir".
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı yeni dövlət standartlarının hazırlanması çox vacib addımdır:

“Çünki bu sahədə əvvəlki qaydalar artıq dövrün tələblərinə qismən tam cavab vermirdi. Texnologiyalar sürətlə inkişaf edir və süni intellekt, uzaqdan iş, bulud sistemləri və onlayn xidmətlər həyatımıza daxil olub. Bu da yeni təhlükələr yaradır. Köhnəlmiş standartlarla bu təhlükələrə qarşı mübarizə aparmaq çətindir. Yeni standartlar isə bu boşluqları aradan qaldıra bilər. Məsələn, məlumatların necə qorunmalı olduğu şifrələmə qaydaları, kimlərin hansı sistemlərə giriş icazəsi ola biləcəyi, hücum baş verərsə necə reaksiya verilməli olduğu kimi məsələlər daha dəqiq və müasir tələblərə uyğun müəyyən olunacaq. Amma standartların tətbiqi təkcə sənədlərin hazırlanması ilə bitmir. Effektiv nəticə üçün konkret nəzarət mexanizmləri yaradılmalıdır. Məsələn bütün dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə məsul şəxslərin təyin olunması, mütəmadi auditlərin keçirilməsi, insidentlərin real vaxt rejimində izlənməsi və təhlili, habelə kritik informasiya infrastrukturuna dair müstəqil nəzarət orqanının fəaliyyət göstərməsi bu sahədə dayanıqlığı təmin edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət