
İşsizlikdən soyğunçuluğa: Psixoloji və sosial faktorlar arasında zəif cizgi
11:02 25.06.2025
Sosial
509
Rəsmi statistikaya əsasən, Azərbaycanda 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda bildirilib.
Qeyd olunub ki, 2023-cü ildə əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslər cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil edib.
Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, nəinki Azərbaycanda demək olar ki, bütün dünyada xüsusilə də gənclərin qarşısında duran ən ciddi problemlərdən biri də işsizlikdir:

“Ailə məktəb, cəmiyyət,bədii ədəbiyyat, filmlər, televizor kimi amillər yeni nəslin formalaşmasında mühüm rol oynayır. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik mövcuddur. Cəmiyyətdə xeyli problemlər var, gərginlik yaşanır, işsiz adamlar çoxalıb. Özünü əməyin hansısa növünə həsr etmək vərdişi yaddan çıxıb. Xeyli bekar, işsiz adamlar yaranıb. İşsiz adamlarda isə müəyyən mənəvi dəyişiklik baş verir. İnsan xarakteri elədir ki, beşikdən başlayaraq özünü təsdiq etmək təlabatı var. Özünü hansısa konkret, maraqlı bir işdə təsdiq edə bilməyən adamlar, bunun üçün yollar axtarır. İşsizlik insana təkcə maddi deyil, mənəvi cəhətdən də böyük ziyan vura bilir. Çünki işsiz qalan biri xüsusən də indiki nəslin nümayəndəsi evə qazanc gətirə bilməyəndə bu onun psixoloji durumuna mənfi təsir göstərir. Belə vəziyyət isə ciddi problemlərlə nəticələnə bilir. Bunlardan ən dəhşətlisi isə cinayətkarlıqdır. İşsiz bir insan tamah motivi ilə cinayət törədibsə, burada əsas amil sosial-iqtisadi problemdir. Ümumiyyətlə heç bir əqli cəhətdən sağlam, anlaqlı şəxs tamah motivi ilə oğurluq, quldurluq, soyğunçuluq etməz. Bu məsələdə əsas aparıcı məqam sosial-iqtisadi problemlərdir. Tam olmasa da, belə cinayətlərin törədilməsində əsas rol oynayan sosial-iqtisadi durumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət