
Millət vəkili: Azərbaycanın beynəlxalq nüfuzu BMT-də nümayiş olunur
13:39 23.09.2025
Siyasət
633
Azərbaycan Prezidentinin BMT çıxışı və görüşləri diplomatik uğurlar üçün platformadır
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və Nyu-Yorka səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal və prinsipial mövqeyinin göstəricisidir. Səfər çərçivəsində nəzərdə tutulan görüşlər və Prezidentin planlaşdırılan çıxışı, Azərbaycanın qlobal səviyyədə artan nüfuzunun nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu çıxış və görüşlərin, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə keçidinə də şərait yaradacağı gözlənilir.
Tədbir Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da dərinləşməsi və qlobal çağırışlara münasibətdə mövqeyinin aydın şəkildə ifadə olunması üçün mühüm platformadır. Eyni zamanda Prezident İlham Əliyevin iştirak etdiyi görüşlərdə regional və qlobal gündəmdə olan əsas məsələlərin müzakirəsi də Azərbaycanın beynəlxalq proseslərdə fəal iştirak etdiyini bir daha nümayiş etdirəcək.
Millət vəkili Asim Mollazadə "Sherg.az"a açıqlamasında, bu səfərin Azərbaycanın beynəlxalq nüfuzunu dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Azərbaycan Prezidenti İlham Əliyev BMT-də öz çıxışında, Nyu-York səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanın artan nüfuzunu dünyaya bir daha nümaiş etdirəcək. Ümumiyyətlə Azərbaycan həm ABŞ ilə iqtisadi-siyasi əməkdaşlığı gücləndirir, həm də BMT-də iştirak edən, rəsmi Bakıya dost və tərəfdaş ölkələrlə əlaqələri genişləndirmək şansı qazanır. Bu növbəti dəfə Azərbaycanın diplomatik sahədə uğurları üçün şərait yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region