ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətini ləğv edib
Yusif Nəzərli
23:31 30.06.2025
Dünya
523
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Mətni ABŞ administrasiyası tərəfindən dərc edilən sərəncamda qeyd edilib ki, Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır.
Sərəncam həmçinin Dəməşqə qarşı qüvvədə olan ixrac nəzarəti tədbirlərini yumşaltmağa imkan verir. Bundan başqa, sərəncamda ABŞ-nin Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini BMT səviyyəsində öyrənməsi nəzərdə tutulur.
Öz növbəsində, “CBS” telekanalı qeyd edib ki, sanksiyaların bir hissəsinin ləğvi ABŞ Konqresi tərəfindən təsdiqlənməli olacaq. Qeyd olunub ki, ABŞ-ın hələ 1979-cu ildə, Vaşinqton bu ölkəni terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etdiyi zaman tətbiq etdiyi Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlər hələ də mövcuddur.
Eyni zamanda Trampın imzaladığı sərəncamda vurğulanıb ki, prezident dövlət katibi Marko Rubioya Suriyanın hələ də terrorizmin himayədarı kimi qəbul edilib-edilməməsinin lazım olduğunu qiymətləndirməyi tapşırıb.
Bundan başqa Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusuna, “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınmasına və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarlara da yenidən baxılacaq.
Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani deyib ki, Dəməşq ABŞ tərəfindən sanksiyaların əksəriyyətinin ləğvini alqışlayır və bunu ölkənin bərpası istiqamətində mühüm addım hesab edir.
“Biz prezident Donald Trampın tarixi fərmanına uyğun olaraq Suriya Ərəb Respublikasına qarşı tətbiq edilən sanksiyalar rejiminin əhəmiyyətli hissəsinin götürülməsini alqışlayırıq”, - Şibani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu qərar Dəməşqlə beynəlxalq ictimaiyyət arasında münasibətlərdə mühüm mərhələ olmaqla yanaşı, həm də ölkənin iqtisadiyyatının bərpası üçün möhkəm zəmin yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol