ABŞ təzyiqləri artırmağa çalışır
Yusif Nəzərli
21:24 12.11.2021
Dünya
526
Çünki Pekin açıqlamalarında səmimi görünmür
"Çin bir tərəfdən münaqişələrə tərəfdar olmadığını, əməkdaşlığa üstünlük verdiyini ifadə edir, digər tərəfdən qlobal problemlərin müzakirəsində iştirakdan yayınır"
“ABŞ-la Çin arasındakı münasibətlərdə sular durulmur. Buna baxmayaraq, hər iki tərəf müxtəlif formatlarda dialoqu davam etdirirlər. Ancaq dialoq ağır gedir, qarşılıqlı ittihamların sayı azalmır”.
Bunu “Şərq”ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O vurğulayıb ki, Çinin Xarici işlər naziri Van İ bir neçə gün əvvəl amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışıb: “Çinli diplomat telefon danışığı zamanı Vaşinqtonu Çinə qarşı müxtəlif koalisiyalar formalaşdırmaqda ittiham edib:
“ABŞ qlobal miqyasda Çinə qarşı təzyiqi artırmağa çalışır. Bu məqsədlə Vaşinqton orta və kiçik dövlətlərə də təzyiqi artırır”. Həqiqətən Vaşinqton Çinə qarşı ən azı iki böyük koalisiya formalaşdırıb. Bunun biri anqlosakson – ABŞ, Böyük Britaniya və Avstraliya formatıdır. AUKUS adlanan bu formatın adı ölkələrin baş hərflərindən ibarətdir. Digər formatda ABŞ, Avstraliya, Yaponiya və Hindistan iştirak edir. Bu formatın da məqsədi Çinin bölgədə artan hərbi gücünü neytrallaşdırmaqdır. Çinli diplomat amerikalı həmkarına onu da deyib ki, baş verənlər iki ölkənin və iki xalqın maraqlarına cavab vermir. Çinin xarici işlər naziri xatırladıb ki, ABŞ Konqresi Çinə qarşı 300-ə yaxın qanun layihəsi hazırlayıb, ABŞ hökuməti isə Çinin 900-a yaxın şirkətinə və vətəndaşına qarşı sanksiya tətbiq edib. Həqiqətən ABŞ son vaxtlar Çinin telekommunikasiya şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq edib. Vaşinqton bu sanksiyaları Amerikanın milli və təhlükəsizlik maraqlarını qorumaq üçün tətbiq etdiyini açıqlayıb”.
E.Şahinoğlu xatırladıb ki, əslində bu proses hələ keçmiş prezident Donald Trampın dövründə başlayıb:
“2020-ci ilin yayında keçmiş dövlət katibi Mayk Pompeo Çinin nəhəng “Huawei” şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini bildirmişdi. Vaşinqton bu şirkəti Amerika üçün təhlükəli qiymətləndirmişdi. ABŞ-ın “Huawei”yə qarşı tətbiq etdiyi sanksiyalar şirkətin imicinə və gəlirlərinə ciddi zərər vurmuşdu.
Co Bayden administrasiyası keçmiş prezidentin Çinə qarşı siyasətini davam etdirir. Çin lideri “böyük iyirmilərin” Romada keçirilən toplantısına qatılmadı. Çin lideri bunun ardınca BMT-nin Qlazqo şəhərində iqlimlə bağlı keçirilən sammitində də iştirak etmədi.
Çin bir tərəfdən münaqişələrə tərəfdar olmadığını, əməkdaşlığa üstünlük verdiyini ifadə edir, digər tərəfdən qlobal problemlərin müzakirəsində iştirakdan yayınır. Bu da o deməkdir ki, Pekin verdiyi açıqlamalarda səmimi deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm