Ağ Evdə 1,8 milyard dollarlıq fondun gələcəyi müzakirə olunur

ABŞ Prezidenti Donald Tramp siyasi manipulyasiyaya qarşı fondun gələcəyinə şübhə ilə yanaşıb və onun hazırkı statusu və gələcək taleyi barədə nikbin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC New"s məlumat yayıb.

Bildirilib ki, təxminən 1,8 milyard dollar dəyərində olan fond daha əvvəl həm demokratlar, həm də bəzi respublikaçılar tərəfindən tənqid olunub.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin baş prokuroru vəzifəsini icra edən Todd Blanchın qurumun bu təşəbbüsü davam etdirməyəcəyini açıqlamasından bir gün sonra Tramp jurnalistlərin suallarını cavablandırıb.

Fondun taleyi barədə suala cavab verən ABŞ Prezidenti konkret mövqe ortaya qoymayıb.

“Vəkillərdən soruşmalıyam. Bilmirəm”, – Tramp deyib.