Aİ liderləri Brüssel sammitində ilk müdafiə strategiyasını təsdiqləyiblər
Yusif Nəzərli
11:48 25.03.2022
Dünya
485
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə ittifaqın ilk müdafiə strategiyasını – “Aİ-nin Strateji Kompası”nı təsdiqləyiblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin cümə günü yayımlanan bəyanatında deyilir.
“Strateji kompas” indi bütün üzv ölkələr tərəfindən təsdiqlənib, Avropanın müdafiə və təhlükəsizliyinin inkişafı istiqamətində real addım atmaq planımız var. İndi bizim vəzifəmiz onu tez və tam şəkildə praktikada tətbiq etməkdir”, - J.Borrell bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə sübut edir ki, Aİ bir neçə ay əvvəl düşünüləndən də böyük təhlükə altındadır.
“Strateji kompas” müxtəlif ssenarilər əsasında müxtəlif növ böhranlara reaksiya vermək üçün 5 minə qədər hərbçini tez bir zamanda hərəkətə keçirməyə imkan verəcək xüsusi qüvvə yerləşdirmə planını ehtiva edir. Biz həmçinin Aİ səviyyəsində əvvəllər görülməmiş müntəzəm səhra manevrləri vasitəsilə qüvvələrimizin hazırlığını artıracaq, komandanlıq və nəzarət imkanlarımızı gücləndirəcək və daha sürətli və daha çevik qərar qəbul edilməsini təmin edəcəyik. Biz kiber təhdidlərə, dezinformasiyaya və xarici müdaxilələrə cavab vermək imkanlarımızı genişləndirəcəyik. Həmçinin mühüm strateji aktivlərə və gələcək nəsil imkanlarına investisiyaları artıracağıq. Bütün bunlar Aİ-ni daha təkmil təhlükəsizlik mənbəyinə, NATO və BMT üçün daha güclü qlobal tərəfdaşa çevirəcək”, - J.Borrell vurğulayıb.
Aİ tarixində ilk müdafiə konsepsiyası olan “Aİ-nin Strateji Kompası” Ukraynadakı münaqişə ilə birbaşa əlaqəli deyil. O, 2020-ci ildən J.Borrellin rəhbərliyi altında Aİ-nin Xarici Siyasət Xidməti tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm