Almaniya İsraildəki vətəndaşlarının daha bir qrupunu təxliyə edib
Yusif Nəzərli
17:50 20.06.2025
Dünya
423
Almaniya hökuməti İsraildə qalmış vətəndaşlarının bir qrupunu təxliyə edib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, İsrail ilə aparılan intensiv danışıqlardan sonra Bundesverə məxsus iki hərbi təyyarə 70-dək vətəndaşı ölkəyə gətirib. Təxliyə əməliyyatı gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar gizli saxlanılıb.
İsrail ilə İran arasında müharibə başlayandan sonra hələ də yüzlərlə Almaniya vətəndaşı İsraildə qalıb. İlk olaraq, Almaniya hökuməti onlara quru yolu ilə İordaniyaya getməyi tövsiyə etmişdi. Xarici İşlər Nazirliyinin təşkil etdiyi iki çarter reysi 345 alman vətəndaşını böhran zonasından çıxara bilib.
Xarici İşlər Nazirliyi bütün alman vətəndaşlarını adlarını onlayn böhran qeydiyyat siyahısında qeyd etməyə çağırıb. Hazırda bu siyahıda təxminən 4 min nəfər qeydiyyatdadır. İranda isə bu rəqəm təxminən min nəfər təşkil edir. Gərgin vəziyyətlə əlaqədar münaqişə tərəfləri ilə qonşu ölkələr üzərindən təmas etmək olduqca çətindir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə