Almaniyadan qəti mesaj: Putin uğur qazanmayacaq
12:14 30.06.2025
Dünya
377
“Rusiya Prezidenti Vladimir Putin sülhdən danışarkən istehza edir. Sülh yalnız Rusiya təcavüzün dayandırılanda gələ bilər və bu məqsədlə Ukrayna güclənməlidir”.
Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
“Ukraynaya güc mövqeyindən danışıqlar aparmağa kömək etmək istəyirik. Putin bu gün sülhdən danışanda istehza edir. O, danışıqlara hazır deyil. O, bütün Ukraynanı ələ keçirmək və Avropanı qorxutmaq istəyir”, - Vadeful vurğulayıb.
Nazir qeyd edib ki, azad demokratiya kimi Ukraynaya hücumu Rusiyanın vəhşi olduğunu göstərir:
“Siz çox cəsarətlə müqavimət göstərirsiniz. Putin bunu görür və dəstəyimizin zəifləyəcəyinə, diqqətimizin yeni böhranlara yönələcəyinə ümid edir. Ona görə də mən bunu tamamilə açıq şəkildə deyirəm: Putin Almaniya ilə bağlı bu işdə uğur qazana bilməyəcək. Ukraynanın tərəfində möhkəm dayanmışıq və nə qədər lazımdırsa, sizi dəstəkləyəcəyik.
Biz bilirik ki, arxamızı çevirsək sülh olmayacaq. Sülh təcavüzə son qoyulanda gələcək və bunun üçün ilk növbədə özünü müdafiə etməyi bacarmaq lazımdır. Rusiya Ukraynanın təslim olmayacağını başa düşəndə real danışıqlar üçün imkan yaranacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol