Almaniyanın təklifi rədd edildi - Polşa sərhədə özü nəzarət edəcək
Yusif Nəzərli
15:04 03.07.2025
Dünya
441
Polşa Müdafiə Nazirliyi Almaniya ilə birgə sərhəd patrullarının yaradılmasına dair təklifi rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə "Polskie Radio 24" məlumat yayıb.
Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Aleksandr Dobrindtin Polşa-Almaniya sərhədində birgə nəzarət tətbiqi ideyasını qəti şəkildə rədd etdiyini bildirib.
"Xeyr, yox. Birgə patrullar olmayacaq. Alman tərəfində alman patrulları, Polşa tərəfində isə Polşa patrulları olacaq. Almaniyadan olan nazir bizə Polşada nə edəcəyimizi deməyəcək", - deyə Kosinyak-Kamış bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Polşanın Baş naziri Donald Tusk da sərhəd təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə etmişdi. O, Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarətinin tətbiq edildiyini elan etmiş və Almaniya rəsmilərinə Polşanın səbrinin tükəndiyini bildirmişdi.
Baş nazir vurğulamışdı ki, görülən tədbirlər Polşa vətəndaşlarının maraqlarını qorumağa və mümkün mənfi nəticələrin qarşısını almağa yönəlib. Hələ may ayında Polşa, Almaniyadan qeyri-qanuni miqrantların daşınması davam edərsə, sərhədi bağlamağa hazır olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət