
Analitik: Moskva və Kiyevin maraqlarının üst-üstə düşməməsi müzakirələri dalana dirəyir
11:16 20.06.2025
Dünya
397
Rusiya və Ukrayna danışıqların üçüncü raundunun tarixini birlikdə müəyyənləşdirəcək.
Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
O, danışıqların üçüncü raundunun tarixinin birgə şəkildə müəyyən ediləcəyini bildirib.
“Bunu Rusiya və Ukrayna müəyyən edəcək”, - Peskov əlavə edib.
Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 18–21 iyun tarixlərində keçirilir.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Rusiya-Ukrayna danışıqlarının yeni raundu çərçivəsində tərəflər tammiqyaslı müharibənin həlli ilə bağlı təklifləri özündə əks etdirən məsələləri müzakirə etməyi planlaşdırırlar:

"Üç ildən artıqdır davam edən savaşın uzanmasının əsas səbəbləri tərəflərin fərqli yanaşmalar sərgiləməsi, təkcə Ukraynanın deyil, müttəfiqlərinin də öz maraqları daxilində müdaxilələr etməsidir. Dialoq zamanı Kreml Kiyev qarşısında Ukraynanın 4 vilayətinin və Krımın qaytarılmaması, Qərb silahlarının tədarükünün dayandırılması, NATO-ya daxil olamamaq, kəşfiyyat dəstəyinin dayandırılması və bütün xarici hərbçilərin və mütəxəssislərin Ukrayna ərazisindən çıxarılması kimi qəbuledilməz tələblər irəli sürməkdə davam edir. Ukraynanın da işğal olunmuş ərazilərinin-Kiyevin, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini tamamilə tərk etməsini tələb edir. Maraqların üst-üstə düşməməsi müzakirələri dalana dirəyir. Lakin hər iki tərəf əsir və həlak olmuş döyüşçülərin mübadiləsi barədə razılığa gələrək bu istiqamətdə uzun yol keçiblər".
Analitikin fikrincə, müharibənin nəticəsinə uyğun olaraq yaranan reallıqlar gələcək danışıqların məzumunu şəkilləndirəcək və müzakirələrin “status-kvo” vəziyyətinə istinadı qeyri-mümkün olacaq:
"Həm Rusiya, həm də Ukrayna atəşkəsə nəzarət etmək üçün monitorinq missiyasının yaradılmasını təklif edib. Bununla belə, Rusiya monitorinqi “ikitərəfli” versiyasında nəzərdə tutsa da, Ukrayna ABŞ-ın rəhbərlik etdiyi və müttəfiqlərinin dəstəklədiyi atəşkəs monitorinq missiyasına üstünlük verir. Bu da müzakirələrdə təzad yaradan məqamlardan biridir.
Tərəflər müharibəyə son qoymaq barədə həmfikir olsa da, Kreml İstanbul danışıqlarını əsas kimi gətirməsi, girdiyi ərazilərdən çıxamaq istəməməsi, Ukrayanın isə ələ keçirilmiş ərazilərinin geri qaytarılmasında israr etməsi aparılan danışıqları nəticəsiz hala gətirib. Tərəflər bəzən bir-birini sülh səylərini qəsdən sabotaj etməkdə ittiham edir, qarşı tərəfi günahlandırır. Belə ki, Rusiya müharibəyə son qoyulmayacağı təqdirdə Ukraynada irəliləməkdən əl çəkməyəcəyini, Kiyev isə öz müttəfiqləri ilə birlikdə bunun qarşısını almağa çalışacaqlarını və Moskvanı dayandırmaqdan ötrü bütün yollara əl atacağını deyir".
Oxşar xəbərlər
Aİ 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi təklif etdi
14:26 17.09.2026
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
13:14 17.09.2026
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil