
Araqçının Ankara səfərinin PƏRDƏARXASI
11:48 19.06.2025
Dünya
426
Zeynal Əmrəliyev: Türkiyə Tehranla Vaşinqton arasında əlaqələndirici rol ala bilər
İranın xarici işlər naziri Abbas Araqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasında iştirak etmək üçün şənbə günü İstanbula səfər edəcək.
Bununla bağlı “Reuters“ Türkiyə Xarici İşlər Nazirliyindən mənbəyə istinadən məlumat yayıb.
İclasın əsas mövzusunun İsrailin İrana hücumları olacağı gözlənilir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, İƏT ölkələrinin İrana necə dəstək göstərməsi məsələsinə geniş şəkildə toxunulacaq:

"Nəzərə alaq ki, Türkiyə bu proseslərdə yaxından iştirak edir. İlk gündən rəsmi Ankaranın İrana dəstəyi hər kəsə məlumdur. Böyük ehtimalla bundan sonra İsrailə qarşı, dövləti qınamaq barədə İslam Əməkdaşlıq Təşkilatının bəyanatı qəbul oluna bilər. Hazırda beynəlxalq təşkilatların dünya siyasətindəki rolu çox sürətli şəkildə aşağı düşür. Digər beynəlxalq təşkilatlarla paralel olaraq İslam Əməkdaşlıq Təşkilatının da İsrail-İran müharibəsində hər hansı formada yer alacağına inanmıram. Digər tərəfdən Türkiyə proseslərdə vasitəçi kimi iştirak edə bilməz. Çünki rəsmi Ankaranın hazırkı İsrail hökuməti ilə münasibətləri olduqca gərgindir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə İsrailin Baş naziri Benyamin Netanyahunu çox ağır formada təhdid edib".
Politoloqun fikrincə, Türkiyə müəyyən mənada Tehranla Vaşinqton arasında əlaqələndirici rol ala bilər:
"Yəni ABŞ-nin İrana qarşı müharibəyə qoşulmaması üçün Ankaranın vasitəçiliyi mümkündür. Çünki ABŞ və Türkiyə arasında həm NATO çərçivəsində, həm də ikitərəfli münasibətlərdə geniş müttəfiqlik əlaqələri mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya