
Avropa hazırlıq görür: 2030-cu ildə Üçüncü Dünya Müharibəsi baş verə bilər -ŞOK PROQNOZ
11:38 12.06.2025
Dünya
419
“Avropanın 2030-cu ilə qədər yenidən silahlanması lazımdır, onun vaxtı daralır.”
Bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.
"Biz Avropanın 2030-cu ildən gec olmayaraq yenidən silahlanması ilə bağlı ümumi hədəfi həyata keçiririk. Bunu Ağ Kitabda açıq-aydın qeyd edirik. Açığı, vaxtımız tükənir", - o deyib.
O həmçinin xatırladıb ki, Danimarka 2025-ci il iyulun 1-dən Aİ Şurasına sədrlik edəcək. Bu zaman yenidən silahlanma məsələsi ölkə üçün prioritet olacaq.
"Bunun üçün biz Avropada hərbi sənayeni bərpa etməliyik. Almaniya burada əsas rol oynayacaq ki, biz indikindən daha çox və daha sürətli istehsal edə bilək", - o bildirib
Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, 2030-cu il təkcə Avropa üçün deyil, dünya üçün də böyük bir müharibəyə hazırlıq dövrü kimi qiymətləndirilir:

"Xüsusilə Türkiyə, 2029-cu ilə qədər yeni nəsil silahların Silahlı Qüvvələrə qəbulunu hədəfləyir. Böyük Britaniya, ABŞ, Yaponiya, İtaliya və digər ölkələr də 2030-cu ilə qədər ordularını müasirləşdirmək və ən son hərbi texnologiyalarla təchiz etmək planlarını açıqlayıblar. Bütün bu proseslər göstərir ki, ehtimal edilən Üçüncü Dünya Müharibəsi və ya qlobal bir qarşıdurma 2030-cu ildə baş verə bilər. Əslində istər Rusiya-Ukrayna cəbhəsində hadisələrin gedişi, istər Yaxın Şərqdə İsraillə İran arasındakı hərbi qarşıdurma, o cümlədən Uzaq Şərqdə Çin-ABŞ gərginliyinin getdikcə artmasının tarixi önə çəkməsi ehtimalı da var. Hər halda 2030-cu illə bağlı hədəflərini elan edən dövlətlər, Avropa strukturları bu sahədə kifayət qədər məlumatlı olan şəxslərdir".
Politoloq əlavə edib ki, Danimarka Baş nazirinin açıqlamasını Avropa dövlətlərinin hazırlıq prosesi kimi qiymətləndirmək olar:
"Aİ Şurasına hansı ölkənin rəhbərlik etməsindən asılı olmayaraq bütövlükdə baş verəcək təhlükənin qarşısını almaq üçün Avropanın aparıcı dövlətlərinin müəyyənləşdirdiyi ümumi müdaxilə strategiyası ön plana çıxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya