Avropa İttifaqında mobil cihazlarla bağlı yeni qaydalar qüvvəyə minib
Yusif Nəzərli
16:37 20.06.2025
Dünya
441
Avropa İttifaqında mobil cihazlara dair ekodizayn qaydaları qüvvəyə minib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, yeni tələblər mobil cihazların daha uzun müddət istifadə olunmasını və təmirinin asanlaşdırılmasını nəzərdə tutur. Belə ki, smartfon və planşet istehsalçıları artıq satışda olmayan modellər üçün ən azı yeddi il ərzində batareya, kamera və enerji doldurma vasitəsi kimi əsas ehtiyat hissələrini təqdim etməlidir. Ehtiyat hissələr sifariş edildikdən sonra 5-10 iş günü ərzində çatdırılmalıdır. Bundan əlavə, istehsalçılar cihazın satışdan çıxarılmasından sonra ən azı beş il ərzində təhlükəsizlik və əməliyyat sistemi yeniləmələrini təmin etməlidirlər.
Yeni qaydalara əsasən, cihazlar yalnız rəsmi emalatxanalarda deyil, həm də müstəqil ustalar və istifadəçilər tərəfindən də adi alətlərlə təmir edilə biləcək.
Qaydalar çərçivəsində yeni enerji etiketi də tətbiq olunacaq. Etiketdə cihazların enerji səmərəliliyi A-dan G-yə, təmir edilə bilmə səviyyəsi isə A-dan E-yə qədər dərəcələndiriləcək. Etiketdə batareyanın tam dolu vəziyyətdə neçə saat işlədiyini və hansı dövrə qədər ilkin tutumunun 80 faizini saxladığı da göstəriləcək. Eyni zamanda, cihazın zərbəyə davamlılığı barədə məlumat da təqdim ediləcək. Etiketlərin mağazalarda və onlayn satış platformalarında məhsulun yanında aydın görünəcək şəkildə yerləşdirilməsi məcburidir. Noutbuklar üçün bənzər etiket sisteminin 2028-ci ildən tətbiqi planlaşdırılır.
Bəzi ehtiyat hissələrin qiymətlərinin tənzimlənməməsi kimi açıq qalan məsələlərə baxmayaraq, qaydalar ətraf mühitin qorunması istiqamətində mühüm addım hesab olunur. Belə ki, yeni qaydaların tullantıların azalmasına və resurslardan səmərəli istifadəyə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə