Bacı və qardaşını boğub öldürən gəncə 100 il həbs cəzası verildi!
13:49 06.02.2022
Dünya
776
2017-ci ildə baş verən və yalnız ABŞ-ın deyil dünyanın da qanını donduran cinayət hadisəsi ilə bağlı qərar açıqlanıb. Bacı- qardaşını boğaraq qətl edən gəncə məhkəmə tərəfindən 100 il həbs cəzası verilib.
Sherg.az xarici media istinadən xəbər verir ki, çox körpə yaşlarında olan bacı və qardaşını öldürən qatil hadisənin izahını da belə vermişdi: "Onları şeytandan və cəhənnəmdən qurtarmaq istədim".
Hazırda 17 yaşında olan Nickalas Kedrowitz, cinayətləri törədərkən 13 yaşında olub. 23 aylıq olan bacısını və 11 aylıq qardaşını boğaraq öldürən Nickalas Kedrowitz, bu cinayətinin hər biri üçün 50 il cəza alaraq, bötövlükdə 100 il həbs cəzasına məhkum edilib.
Nickalas Kedrowitz cinayətləri 2017-ci ilin may ayında törətmişdi. İki uşaq da evlərində polis tərəfindən aşkarlananda nəfəs almırdı.
Məlum olub ki, ailələri uşaqları böyük qardaşları Nickalasa tapşırıblar. Cinayəti törətdikdən və bacı - qardaşı öldükdən sonra Nickalas ailəsinə onların tənəffüs almaqda çətinlik çəkdiklərini və həmin anda keçindiklərini deyərək yalan söyləmişdi. Gerçəkdə isə doğmalarını boğaraq öldürmüşdü...
Məhkəmə işində qeyd olunur ki, Nickalas bacısını dəsmalla, qardaşını isə ədyalla boğub.
Polis sorğusunda bacı- qardaşlarını cəhənnəmdən qurtardığını söyləyən qatilə "bu cəhənnəmin nə olduğu" soruşulan zaman Nickalas "ev işləri" deyə cavab vermişdi. Nickalas, polislərə eyni zamanda tanrıyla bacı- qardaşları haqqında danışdığını, ancaq bunu bir sirr olaraq saxlaması lazım olduğunu da bildirib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Venesuela ilə dünya tarixində ən böyük neft sazişini bağladı
16:50 31.08.2026
Gündəm
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
16:46 31.08.2026
Dünya
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm