Bakı nə Rusiyanın, nə də Qərbin diktəsi ilə hərəkət edir: Azərbaycan Krımı tanımayacaq
Yusif Nəzərli
05:36 13.06.2025
Dünya
215
Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti”nin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri hazırkı məqamda diqqət çəkir. Uzun müddətdir dolayı yollarla gündəmdə saxlanılan məsələ bu dəfə daha açıq şəkildə ifadə olunub. Rusiya Azərbaycanın Krım da daxil olmaqla Ukraynanın işğal olunmuş ərazilərini “tanımasına” açıq şəkildə ümid bəslədiyini bəyan edib.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, bu xəbər nə sürpriz, nə də tamamilə gözlənilməz idi. Ekspert vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən Moskva beynəlxalq təcriddən çıxmaq və müttəfiq dairəsini genişləndirmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir:
"Lakin indiyədək Kreml məsələni bu cür açıq formada dilə gətirmirdi. Azərbaycanın xarici siyasətindəki mövqe dəyişməz olaraq qalır. Rəsmi Bakı dövlətlərin ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir. Bu, yalnız beynəlxalq hüququn tələb etdiyi məsuliyyət deyil, həm də Azərbaycanın 30 il davam edən Qarabağ münaqişəsi zamanı özünün prinsip kimi irəli sürdüyü yanaşmanın başqalarına da tətbiqidir. Yəni Azərbaycan məsələyə selektiv deyil, ümumi prinsip kimi baxır. Bir vaxtlar torpaqları işğala məruz qalan ölkənin indi Krım və digər işğal olunmuş Ukrayna ərazilərini tanıması tamamilə ziddiyyət təşkil edərdi. Moskva artıq “bizimlə birlikdəsənsə, bunu sübut et” çağırışına keçib. Lakin unudulmamalıdır ki, bu tələb Rusiyanın təsir dairəsində olan digər ölkələrə, xüsusilə Ermənistan kimi tərəflərə yönəldilə bilər. Azərbaycan isə Rusiyanın təsir dairəsindəki ölkələrdən deyil. Bu çağırış Bakı üçün heç bir “böyük seçim” yaratmır. Çünki Azərbaycan xarici siyasətini nə Moskvanın, nə də Qərbin diktəsi ilə deyil, öz prinsipial və praqmatik mövqeyi əsasında formalaşdırır. Bakı həm Qərbin, həm də Rusiyanın diktəsi ilə hərəkət etmir və bu, ölkənin regionda güclü müstəqil oyunçu statusunun açıq göstəricisidir".
Analitik əlavə edib ki, Azərbaycan bu tip açıq mesajlara emosional və ya sərt ritorika ilə deyil, soyuqqanlı və prinsipial siyasi yanaşma ilə cavab verir:
"Bu da daha çox nəticə verir. Bu mövqe yalnız Krım və işğal edilmiş digər Ukrayna torpaqları ilə bağlı deyil. Kosovodan tutmuş Tayvana, Cənubi Osetiyadan Kəşmir məsələsinə qədər Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Rusiyanın bu çağırışı Bakının qarşısına ilk dəfə çıxmır və son da olmayacaq. Lakin Azərbaycanın diplomatik xətti aydındır: tərəf tutmaq deyil, prinsip tutmaq əsasdır. Bu prinsipial mövqe sayəsində Azərbaycan həm regionda balansı qoruyur, həm də beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə
Ötən il 17 uşaq müəssisəsində monitorinq aparılıb
14:35 13.02.2026
Sosial
"Ramştayn" Ukrayana 36 milyard dollar həcmində hərbi yardım ayırıb
14:22 13.02.2026
Dünya
Ermənistan-Türkiyə sərhədinin açılma tarixi məlum deyil
14:06 13.02.2026
Gündəm
Yasamalda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb
14:03 13.02.2026
Hadisə
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
13:31 13.02.2026
Ekologiya
Şoyqudan Ermənistana xəbərdarlıq: Məhv ola bilərsiniz
13:13 13.02.2026
Dünya