Bezosun Venesiyadakı toyu İtaliyaya milyardlarla gəlir gətirdi
Yusif Nəzərli
10:11 28.06.2025
Dünya
404
Amazon şirkətinin qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan milyarder Ceff Bezos ilə keçmiş televiziya aparıcısı Loren Sançesin Venesiyada baş tutan toyu İtaliya büdcəsinə təxminən 1,12 milyard dollar qazandıracaq.
Axar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, Venesiya şəhərinin daxil olduğu Veneto bölgəsinin rəhbəri bildirib ki, 200-250 nəfərlik toy mərasimi ümumilikdə təxminən 47-56 milyon dollara başa gələcək. Bununla yanaşı, İtaliyanın Turizm Nazirliyi tədbirin iqtisadi təsirini 1,12 milyard dollar dəyərində qiymətləndirib. Bu məbləğin əsas hissəsi isə media vasitəsilə tədbirin işıqlandırılmasından əldə edilən gəlirləri əhatə edir.
Qalan məbləğ birbaşa və ya dolayısı ilə toy tədbirinə xərclənən vəsaitlərdən əldə olunacaq. Belə ki, təxminən 33,3 milyon dollar qonaqların otel otaqları üçün xərclənəcək, 20,6 milyon dollar isə nəqliyyat xərclərinə sərf olunacaq.
Bundan əvvəl İtaliyanın “La Repubblica” qəzeti xəbər vermişdi ki, əsasən ABŞ-dan olan məşhurlar artıq toy mərasiminə toplaşmağa başlayıb. Bəy və gəlinlə yanaşı onların bəzi qonaqları da Venesiyaya gəliblər. Onların arasında ABŞ prezidenti Co Baydenin qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner, İordaniya kraliçası Raniya (Kral Abdullah II-nin həyat yoldaşı), həmçinin televiziya aparıcısı Oprah Uinfrey də var. Nəhəng büdcəli ulduz toyu yerli əhalidə narazılıq yaradıb, lakin Venesiya hökumətinin nümayəndələri milyarderin şəhərə investisiya qoyduğunu bildirərək bu seçimi müdafiə edirlər.
Bildirək ki, Ceff Bezosun 61, Loren Sançesin isə 55 yaşı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət