ABŞ İran ordusunun və xalqının qətiyyətli müqaviməti ilə üzləşib.
Sherg.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı İran Dövlət Teleradio Şirkətinə açıqlamasında deyib.
“Müharibəni başa çatdırmaq üçün ən yaxşı vaxt üstünlüyə malik olduğumuz vaxtdır. Biz həqiqətən də döyüş meydanında qələbə qazanmışıq”, - nazir deyib.
İran XİN rəhbəri vurğulayıb ki, diplomatiya hərbi uğurlarla sıx bağlıdır:
“Bu səbəbdən Tehran ABŞ ilə mümkün sülh razılaşmasının daha əlverişli şərtlərlə əldə olunacağına ümid edir”.
Qeyd edək ki, daha öncə İran XİN başçısı Abbas Arakçı ABŞ-la anlaşma memorandumunun "heç vaxt olmadığı qədər yekunlaşmağa yaxın" olduğunu bildirmişdi.