Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 450-ni keçib.
Axar.az xəbər verir ki, bu barədə EFE sözügedən Konqo Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Bildirilib ki, indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb.
Yerli hakimiyyət ölkədə infeksiyanın sürətlə və davamlı şəkildə yayılması barədə xəbərdarlıq da edib.