Dünyanın ən böyük qəhvə ixracatçısı tədarükü kəskin şəkildə azaldıb
Yusif Nəzərli
19:15 26.06.2025
Dünya
446
2025-ci il may ayının yekunlarına görə Braziliyadan dünya bazarına qəhvə dənələrinin tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalıb.
“Report” xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Qəhvə İxracatçıları Şurasının (Cecafe) saytında bildirilib.
Yazın son ayında yerli plantasiya sahibləri ixrac üçün cəmi 2,963 milyon ədəd 60 kq-lıq kisə göndərə biliblər. Əldə edilmiş nəticə ötən illə müqayisədə 33,3 % az olub. Buna baxmayaraq, hesabat dövründə Braziliya ixracatçılarının gəlirləri 21,1 % artaraq 1,243 milyard dollar təşkil edib.
Ümumilikdə bu ilin ilk beş ayında dünyanın ən böyük qəhvə dənələri tədarükçüsü olan Braziliya ixrac üçün 16,8 milyon ədəd 60 kiloqramlıq kisə göndərib. İllik ifadədə göstərici 4 milyon azalıb. Lakin qəhvənin yüksək birja qiymətlərini nəzərə alaraq, onlar gəlirlərini 1,4 dəfə artıraraq 6,5 milyard dollara çatdıra biliblər.
Dünya qəhvə bazarı əsas tədarükçü ölkələrdə əlverişsiz hava şəraiti səbəbindən keçənilki böhrandan sonra yalnız tədricən bərpa olmağa başlayıb. İyunun ortalarında Braziliya və Vyetnamda güclü yağıntılar bu ölkələrdə məhsul proqnozunun yenidən nəzərdən keçirilməsinə yol açıb. Bu fonda dünya qəhvə qiymətləri düşməyə başlayıb. İyunun 25-də hərrac zamanı ərəb qəhvəsinin birja dəyəri birmüddətlik keçən ilin sonundan bəri minimum hədd olan ton başına 6 864 dollara, daha aşağıbüdcəli sort (robusta) isə 3 634 dollara qədər ucuzlaşıb ki, bu da 2024-cü ilin mayından bəri ən aşağı göstəricidir.
Buna baxmayaraq, bəzi ekspertlər xəbərdarlıq edirlər ki, qlobal bazarın tam bərpasına hələ çox var. “Capital Economics”in iqlim və xammal üzrə baş iqtisadçısı Devid Oksli hesab edir ki, populyar içkinin əvvəlki dəyərinə qayıtması illər çəkəcək – əsas tədarükçü ölkələrdə uzunmüddətli quraqlıqdan dəyən ziyan həddindən artıq ciddi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət