Ən nəhəng təyyarə eniş etdi, minlərlə avropalı ona baxmağa gəldi - VİDEO
Ən nəhəng təyyarə eniş etdi, minlərlə avropalı ona baxmağa gəldi - VİDEO
19:21 06.02.2022
Dünya
1017
Minlərlə adam ən nəhəng təyyarəyə baxmağa gəldi.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ukraynanın nəhəng An-225 "Mriya" təyyarəsi Danimarkaya üçüncü uçuşunu həyata keçirib. Hadisə Avropa ölkəsində ciddi maraq doğurub. Bu barədə yerli "Kristeligt Dagblad" qəzeti məlumat yayıb.
An-225 "Mriya" dünyanın ən böyük yük təyyarəsidir. Onun Danimarkanın Billund şəhərindəki hava limanında enişini minlərlə tamaşaçı izləyirdi. Onların çoxu başqa ölkələrdən - Almaniya, Finlandiya, Böyük Britaniya və Norveçdən gəlib.
Təyyarə, COVID-19 epidemiyasının yeni dalğasının ortasında Çindən Danimarkaya çox vacib bir yük çatdırıb. Söhbət 2,5 milyon evdə koronavirus test dəstindən gedir. Danimarka hakimiyyəti xəstəliyin erkən aşkarlanması və yayılmasının qarşısının alınması üçün onları müxtəlif şəhərlərə paylamaq niyyətindədir. An-225 fevralın 4-ü cümə günü axşam Danimarkaya eniş edib. Bir gün keçməmiş o, Qostomeldəki "Antonov" aerodromuna enərək Ukraynaya qayıdıb.
Bildirilirdi ki, təyyarənin göyərtəsində Ukrayna ordusu üçün Danimarka silahları ola bilər. Lakin bu məlumat təsdiqini tapmayıb.
An-225 "Mriya" (NATO kod adı "Cossack") dünyanın ən böyük nəqliyyat təyyarəsidir. O, 224 rekordun sahibi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. İndiyə qədər cəmi bir dənə belə təyyarə istehsal edilib. Təyyarənin uzunluğu 84 m, qanadlarının açıqlığı isə 88 m-dən çoxdur. An-225-in maksimal sürəti 850 km/saat, maksimum faydalı yükü isə 250 ton təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Venesuela ilə dünya tarixində ən böyük neft sazişini bağladı
16:50 31.08.2026
Gündəm
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
16:46 31.08.2026
Dünya
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm