Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək
Yusif Nəzərli
06:05 07.07.2024
Dünya
470
Bu gün Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu baş tutacaq.
APA-nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da açılacaq.
Səsvermə prosesi əksər seçki məntəqələrində saat 18:00-a yekunlaşmalı olsa da, böyük şəhərlərdə, o cümlədən Parisdə seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.
Seçkilərin ilk nəticələrinin də yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, parlament seçkilərinin iyunun 30-da keçirilmiş ilk turunda 577 parlamentaridən 76-ı seçilib. Həmin deputatların 37-i radikal sağ yönümlü Milli Birlik Partiyası və bu partiyanın müttəfiqlərinin üzvləridir.
Parlamentin aşağı palatasında mütləq üstünlüyə nail olmaq üçün 289 yer qazanılması lazımdır. Əsas mübarizə Milli Birlik Partiyası, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası və Prezident Emmanuel Makronun koalisiyası arasında olacaq.
Parlament seçkilərinin birinci turunda Milli Birlik Partiyası və müttəfiqləri 33,4%, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,98%, Prezident Emmanuel Makronun koalisiyası 20,76% səs toplayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət