Gələcəkdə İran və “Taliban” münasibətləri gərginləşə bilər - Politoloq
09:05 07.11.2021
Dünya
622
“2001-ci ilə qədər İran və “Taliban” arasında bir düşmənçilik mövcud idi. Bunun da bir sıra səbəbləri olub. Birincisi, dini məzhəb məsələsi... İran süni və şiə söhbəti üzərindən həmişə manipulyasiya etməyə çalışırdı. Bu, təkcə İrana aid deyildi, həm də "Taliban"a aid idi. 1998-ci ildə Əfqanıstanın Məzari Şərif şəhərində İranın konsulluğu fəaliyyət göstərirdi. Həmin konsulluqda “Taliban” tərəfindən 9 İran vətəndaşı qətlə yetirildi. Bunun nəticəsində düşmənçilik daha da artdı. 2001-ci ildə ABŞ-ın Əfqanıstanın işğalı zamanı artıq proseslər sürətləndi, İran da buna əl altdan “Taliban”ı yıxmaq üçün dəstək verdi. Bununla da vəziyyət getdikcə, ağırlaşmağa başladı”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq qeyd edib ki, bundan sonrakı mərhələdə artıq yeni dövr başlandı:
“Amerika Əfqanıstana qoşununu yeritdi və İran baxdı ki, artıq ərəb ölkələri və digərləri ilə yaratdığı hərbi bazalarla Amerika yavaş-yavaş onu əhatəyə alır. Təbii ki, İran sonradan yavaş-yavaş valı dəyişməyə başladı, xüsusilə də 2015-ci ildə sonra. Çünki 2015-ci ildən sonra artıq İran və “Taliban” arasında fərqli-fərqli bölgələrdə gizli danışıqlar bir neçə istiqamət üzrə getmişdi. Nəhayət, 2020-ci ildə artıq vəziyyət yeni bir mərhələyə qədəm qoydu. “Taliban” rəhbərliyi ilə görüşlər keçirilməyə başladı. Hətta, İran Xarici İşlər Naziri onları qəbul elədi, İran da “Taliban” rəhbərliyini. Avqust ayında isə “Taliban” hakimiyyətə gəlmədən biraz əvvəl bir daha “Taliban” rəhbərliyi İrana getdi və münasibətləri normallaşdırma yoluna keçdilər. Amma məsələ burasındadır ki, İran yenə "fəaliyyətsiz" qalmayacaq. Yəni o məzhəb üzərindən münasibətləri davam etdirməyə çalışır. Məlum məsələdir ki, Əfqanıstanda da bir qrup şiə əqidəsinə mənsub insanlar var. İran onlar üzərində manipulyasiya eləməyə çalışır. İndiki “Taliban” rejimi ilə İran arasında bu gün normal münasdibətlər ola bilər. Amma bunun uzunmüddət və sabit qalacağı heç kim tərəfindən inandırıcı deyil. Çünki məsələ burasındadır ki, İranla Əfqanıstan arasında məzhəb söhbəti daha dərin və ziddiyyətli məsələdir. Ona görə də keçici olaraq ola bilsin ki, müəyyən müddət ərzində İran “Taliban” rejimi ilə hardasa dil tapa bilər. Amma İran hələ onu tanımağa da tələsmir. İran gözləyəcək, əgər Çin, Rusiya, Türkiyə, ABŞ və yaxud da ki, digər ölkələr “Taliban”ı tanıyarsa, ondan sonra münasibətləri qurmağa çalışar. Amma İran tərəfi onu da yaxşı bilir ki, “Taliban” uzunmüddət hakimiyyətdə qalacaq kimi görsənmir. Çünki həm müasir dövrdə dövləti idarə etmək üçün onun kadr potensialı kifayət eləmir, həm də beynəlxalq ictimaiyyət tərəfindən “Taliban”a qarşı münasibət o qədər də yaxşı sərgilənmir”.
S.Hümbətov qeyd edib ki, gələcəkdə İran və “Taliban” münasibətləri gərginləşə bilər: “Bu da Amerikanın birbaşa dəstəyi ilə olan prosesdir. Bu prosesin getdikcə daha da sürətlənəcəyi gözləniləndir. Çünki Amerika bildiyimiz kimi, bu gün də “Taliban”ı əlində saxlayır. Ondan maksimum dərəcədə istifadə etməyə çalışır. Hesab edirəm ki, İranla hər hansı bir münaqişə baş verərsə, bu “Taliban” üzərindən aparıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət