
Gürcüstanın seçilməyən prezidenti: Zurabaşvili özünü seçilmiş lider kimi göstərməyə cəhd edir
09:59 27.12.2024
Dünya
781
Salome Zurabişvilinin iqamətgahdan zorla çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürülməyi çox pis mənzərə olardı. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, bu halda Salome Zurabişvili müdrik davranacaq. Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli “Sherg.az”a bildirib ki, Zurabişvili prezidentliyinə Qərb, xüsusilə də Fransa və Amerikanın yüksək dəstəyi olduğuna görə, o, demokratik seçkilərlə nəticələnən parlamentin seçdiyi prezidenti tanımır:

“Zurabişvili ölkə daxilində mitinqlər və etirazlar həyata keçirməyə çalışır. Nəticə etibarilə, Zurabişvili ölkənin seçilməyən prezidentidir. Lakin özünü seçilmiş lider kimi göstərməyə cəhd göstərir. Bu isə ölkə üçün böyük problemlər yaşadır. Digər tərəfdən Avropa İttifaqı Gürcüstanla iqtisadi əlaqələri dayandırmaq yolunu tutub. Zurabişvili prezidentliyi tərk edərək və parlamenti tanıyaraq müdrik davransa, ölkədəki ixtişaşlar sona yetər. Amma Qərb Zurabişvilinin prezidentliyini dəstəkləyir və o, buna görə sona qədər mübarizə apara bilər. Qərbin Gürcüstana iqtisadi sanksiyaları və siyasi təzyiqləri nə qədər artırmağa hazır olduğu isə sual altındadır. Seçkilərin prezident tərəfindən tanınmaması çox pis vəziyyətdir. Zurabaşvilinin parlamenti tanımaması Gürcüstan üçün dünya mediasında və daxili siyasətdə mənfi görüntü yarada bilər. Çünki ölkənin müstəqil daxili siyasətinə qarşı çıxanda Qərb ölkələrin təzyiqinin nə qədər yüksək olduğunu görmək olur. Bu isə Gürcüstanda demokratik prosesə xarici ölkələr tərəfindən müdaxilə edildiyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm