Hakan Fidan: İran və İsrail arasında atəşkəsi qorumaq lazımdır
12:39 30.06.2025
Dünya
461
“Türkiyə və Böyük Britaniya Rusiya və Ukrayna arasında, eləcə də Yaxın Şərqdə atəşkəs cəhdlərini dəstəkləyir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada britaniyalı həmkarı Devid Lemmi ilə danışıqlardan sonra bildirib.
“Qəzza, Suriya, İran, İraq, Rusiya və Ukrayna arasındakı müharibə məsələlərinə dair fikirlərimiz böyük ölçüdə üst-üstə düşür. Hər iki tərəf atəşkəs səylərini dəstəkləyir”, - Fidan bildirib.
Onun sözlərinə görə, iki ölkə üçün strateji hədəflərdən biri İran və İsrail arasında atəşkəs rejimini qorumaq, onun pozulmasının qarşısını almaq və davamlı sülhə qayıtmaqdır.
Xarici işlər naziri Fələstin probleminin yalnız iki dövlətli əsasda həll edilə biləcəyini qeyd edib: “Digər tərəfdən, Qəzzada baş verən humanitar faciəyə ən qısa zamanda son qoymağımız bizim üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol