Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "An-32" təyyarəsi ölkənin şimal-şərqində yerləşən Corhat aviabazasında qəzaya uğrayıb.

Sherg.az yerlı media orqanlarının məlumatına istinadən xəbər verir ki, hadisə eniş mərhələsində baş verib. Qəza nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qəzanın səbəbləri dəqiqləşdirilmir, araşdırma aparılır.