“Hizbullah” İsrailə 20-dən çox raket atıb

“Hizbullah” Livan şəhərlərinin bombalanmasına cavab olaraq İsrailin şimalındakı yaşayış məntəqələrini raket atəşinə tutub.

APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, “Hizbullah” döyüşçüləri günortadan sonra Qərbi Qalileyaya 20-dən çox raket atıb və bu hava hücumu sirenlərinin işə düşməsinə səbəb olub.

Qruplaşmanın “Telegram” kanalında Hayfanın şimalında və sərhəddən 7 kilometr aralıda yerləşən Nəhariya şəhərində İsrail hərbi bazalarına zərbələr endirildiyi bildirilir.