İBB-də korrupsiya işi: İmamoğludan Özgür Özəl və Mansur Yavaşa təşəkkür

Əkrəm İmamoğlu daxil olmaqla yüzlərlə təqsirləndirilən şəxsin iştirak etdiyi İstanbul Böyükşəhər Bələdiyyəsindəki (İBB) korrupsiya işi üzrə məhkəmə prosesinin 42-ci günü keçirilib.

Sherg.az xəbər verir ki, məhkəmə zamanı çıxış edən İmamoğlu qarşıdan gələn bayram münasibətilə iştirakçıları təbrik edib və CHP sədri Özgür Özəl ilə Mansur Yavaşa dəstəyə görə təşəkkürünü bildirib.

İddianaməyə əsasən, iş üzrə ümumilikdə 414 nəfər təqsirləndirilir. Prokurorluq İmamoğlunu “cinayət təşkilatı yaratmaq və idarə etmək”, rüşvət, tender saxtakarlığı, dələduzluq və digər ittihamlarla mühakimə edir. Ona 849 ildən 2430 il 6 aya qədər həbs cəzası istənilir.

İmamoğlu və digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir. Məhkəmə prosesi davam edir.