
İkitərəfli söz atışması: Vaşinqton və Tehran danışıqların bərpası istiqamətində siqnallar verir
10:58 08.07.2025
Dünya
376
ABŞ və İran arasında danışıqlar çox yaxın vaxtda, ehtimal ki, gələn həftə başlayacaq.
Bu barədə ABŞ Prezidenti Donald Trapmın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
O qeyd edib ki, Donald Tramp Vaşinqtonda İsrail Baş naziri Benyamin Netanyahuyla görüşündə danışıqların keçirilməsi barədə razılığa gəlib.
Eyni zamanda İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran tərəfindən görüş üçün ABŞ-a heç bir təklif göndərilməyib.
ABŞ Prezidenti Donald Tramp isə İranın Vaşinqtonla danışıqlara başlamaq üçün müraciət etdiyini deyib.
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, Tramp şoumen xarakterli bir fiqurdur:

"Ümumiyyətlə, Amerika siyasətində və cəmiyyətində şou elementləri həyat tərzinə çevrilib. Dünyada ilk siyasi talk-şoular da məhz ABŞ-da yaranıb. Trampın hər gün fərqli bəyanatlar verməsi, hətta öz dediklərini təkzib etməsi onun qeyri-stabil və qeyri-ənənəvi siyasi üslubunun nümunəsidir. İran isə bu ritorikaya tez-tez cavab verir və Trampı yalançılıqda ittiham edir. Böyük siyasətdə, xüsusən də qarşıdurma şəraitində hər tərəf öz “həqiqətini” ortaya qoyur. Kiminsə həqiqəti digəri üçün yalan kimi görünə bilər. İran bu prosesdə daha çox daxili auditoriyaya oynayır. Bəyan edirlər ki, “biz ABŞ-dən nəsə istəmirik, onlara yalvarmırıq”. Halbuki, 12 günlük raket atışmasından sonra hər iki tərəf özünü qalib kimi göstərməyə çalışdı. İran ictimaiyyətinə qalib obrazı təqdim etdi, Tramp isə “bizə əvvəlcədən xəbər verdilər” deyə, hücumun ciddi olmadığını bildirdi. Bu yanaşma, əvvəlki – Süleymaninin öldürülməsindən sonra baş verən hadisələri xatırladır. O zaman da İran ABŞ-nin İraqdakı bazalarına raket atmışdı, lakin zərbələr boş ərazilərə yönəlmiş və itki olmamışdı".
Politoloq əlavə edib ki, İranın ABŞ-la qarşıdurmaya meylli davranması müxtəlif səbəblərlə izah olunur:
"ABŞ əvvəlki kimi hegemon olmasa da, yenə də dünyanın ən güclü dövlətidir və ona qarşı durmaq risklidir. Buna baxmayaraq, hər iki tərəf həm söz atışması ilə məşğuldur, həm də danışıqların bərpası istiqamətində siqnallar verir.
Ehtimal var ki, proseslər Obama dövründə başlanan nüvə danışıqlarına qayıdacaq. Həmin razılaşmanı Tramp prezidentliyi zamanı pozmuşdu. İndi isə hər iki tərəf danışıqlara “qalib” obrazında qayıtmaq niyyətindədir. İran bunu daxili auditoriyaya belə təqdim etməyə çalışacaq: “bizə yalvardılar, biz də gəldik”. İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın son zərbələrinin nəticəsiz olduğunu desə də, Türkiyənin xarici işlər naziri İranın ciddi zərbələr aldığını açıqlamışdı. Mən şəxsən bu versiyaya – yəni İranın əslində ciddi zərər gördüyü fikrinə – daha çox inanıram, nəinki İran rejiminin təqdim etdiyi “qalibik” ritorikasına".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət