İnternet əfqanların qəniminə çevrilib: "Qərblə əməkdaşlıq edənlər aşkarlanır"
Banuçiçək Kalbalıyeva
09:36 24.08.2021
Dünya
595
“Bir yandan da sosial media və internet əfqanların qəniminə çevrilib”.
Bu sözləri Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Taliban hakimiyyətə gələndən sonra əfqanların bir çoxu təqibdən yayınmaq üçün internetdə özləri haqqında olan bütün datanı təmizləməklə məşğuldur. Bir çoxları da saxta səhifələr yaradır, kompüterdə və smartfonda məlumatları silirlər. 13 milyon sosial media istifadəçisi olan Əfqanıstanın internetdə xeyli datası formalaşıb ki, talibanlılar bundan istifadə edərək qərblə əməkdaşlıq edənləri aşkarlayırlar. ABŞ-ın "USAİD" humanitar qurumu artıq partnyorlarına məktub göndərib ki, əfqan vətəndaşları üçün problem yarada biləcək bütün məlumatlar, fotolar, müxtəlif tədbirlərdən hazırlanan materiallar sosial mediadan, internetdən yığışdırılsın və məhv edilsin . Eyni məzmunlu xəbərdarlıq məktubunu ABŞ-ın buradakı keçmiş səfirliyi öz əməkdaşlarına da göndərib. Beynəlxalq "Human Rights First" qurumu isə informasiyaların şəbəkədən, sosial mediadan silinməsi ilə, ümumiyyətlə, silinmiş məlumatların heç bir izinin qalmaması ilə bağlı əfqan vətəndaşları üçün bir neçə dildə təlimat hazırlayıb. Amma “Taliban”ın da son dövrlərdə xeyli rəqəmsallaşdığı bildirilir. Onlar xüsusi xidmət qurumlarının məlumat bazalarına giriş əldə etməklə , biometrik məlumatlar əsasında bir neçə dəfə şəxsiyyəti müəyyən edən əməliyyatlar icra edə biliblər. “Human Rights First” bildirib ki, talibanlar hətta ABŞ -ın buradakı hərbi və mülki kontingentinin də biometrik məlumatlarını əldə edə biliblər. “Facebook” isə bu məsələlərdən sonra talibanlara məxsus hesabları silərək onlarla əlaqəli bütün məlumatları bloklayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə