İrana bu hüquq verilməyəcək - Uitkoff

İranın nüvə proqramının bərpası demək olar qeyri-mümkündür və İran buna cəhd etsə belə, bu, illərlə vaxt aparacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Biz İranla vasitəçilərin köməyi ilə danışıqlar aparırıq. İran tərəfi ilə danışıqlarımız ümidvericidir. Biz İranla bağlayacağımız müqavilədə uranın zənginləşdirilməsinə icazə verməyəcəyik”, - o vurğulayıb.