
İrandan güc göstərisi: Tehran qüdrətdən düşmədiyinin mesajını verir
13:02 28.12.2024
Dünya
503
İran müdafiə gücünün azalmadığını sübut etmək üçün şənbə günü kütləvi hərbi təlimlərə başlayacaq. Bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib. Nazir qeyd edib ki, şənbə günündən başlayaraq müdafiə qabiliyyətinin azalmadığını, əksinə gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlər başlanacaq.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a vurğulayıb ki, Qəzza zolağında Həmasın, Livanda Hizbullahın zəifləməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu Tehran hakimiyyətinə ağır zərbə vurub:

“Çünki bunların hər üçü hərbi, maliyyə, siyasi cəhətdən Tehran hakimiyyəti tərəfindən dəstəklənirdi. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Həmas, Hizbullah və Bəşər Əsəd rejiminin Tehran hakimiyyətinə aidiyyatı olmadığını sadəcə olaraq yardımlar göstərdiyini bildirir. Bununla göstərmək istəyir ki, Həmas, Hizbullahın zəifləməsi və Əsəd rejiminin süqutun Tehranın gücdən düşməsi demək deyil. İranın müdafiə naziri Əziz Nəsirzadə bəyan etməyə çalışır ki, İrana qarşı istənilən hərbi müdaxiləni cavabsız qoymayacaqlar və daha təsirli cavab verəcəklər. Çünki bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları istisna etməyən açıqlamalar verdi. İsrail isə İranın nüvə obyektlərini vurmaq üçün növbəti zərbənin endiriləcəyini söyləyib. İran da onlara çatdırmaq istəyir ki, onun gücü Həmas, Hizbullah, Suriyadakı Bəşər Əsəd rejimində və Yəməndə olan Husilərdə deyil. Yəni İranın hərbi qüdrətinə onların heç bir formada təsiri olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm