“Karlığa, pisliyə son qoy” - keşişlər Paşinyana qarşı çıxdılar
Yusif Nəzərli
13:10 23.04.2023
Dünya
597
“Karlığa, pisliyə son qoyun”.
“Report” xəbər verir ki, bunu Ermənistanın din xadimi Asoqik Karapetyan (Üçmüəzzin katolikosluğu arxivi və muzeyinin direktoru) sosial şəbəkədəki səhifəsində baş nazir Nikol Paşinyanın bəyanatına cavab olaraq yazıb:
“Ölkənin idarəçiləri kilsəyə qarşı çıxmamalı, iman qaydalarını xatırlayaraq Vətənin dirçəlməsi naminə çalışmalıdırlar”.
"Sizə verilən müvəqqəti hakimiyyət haqqında təmtəraqlı çıxışlar etməzdən əvvəl Ermənistanın müstəmləkəsi, milli həyatın çiçəklənməsi, Vətənin mənəvi və fiziki təhlükəsizliyi naminə əməllərinizdən danışın. Karlığa, geniş yayılmış şərə son qoyun və kilsənin ruhani övladları kimi, Müqəddəs Eçmiədzinin oyanış sözlərini eşidin”, - keşiş sosial şəbəkə hesabında qeyd edib.
“İqtidarın ağır yükünü daşıyan hər kəsə millətin arzularına uyğun gələcəyə baxış olmalıdır, əks halda o, milli sərvətin, irsin qoruyucusu ola bilməz”, - Asoqik Karapetyan əlavə edib.
Katolikos-Patriarxı II Qaregin də bildirib ki, erməni apostol kilsəsi ilə Ermənistan hakimiyyəti arasında əməkdaşlıq lazımi səviyyədə deyil. Xüsusilə onun fikrincə, müasir Ermənistanda “əsl ənənələrə, milli kimliyin dayağı olan dəyərlər sisteminə, milli-mənəvi təhlükəsizliyin əsaslarına məhəl qoyulmur: “Bu da üzləşdiyimiz problemlərin aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə