KİV: ABŞ HƏMAS-a atəşkəsin uzadılacağına dair zəmanət verib
Yusif Nəzərli
06:28 09.07.2025
Dünya
376
ABŞ Prezidenti Donald Trampın administrasiyası Fələstin HƏMAS hərəkatına Qəzza zolağında İsraillə əldə olunmuş 60 günlük atəşkəs müddəti başa çatdıqdan sonra hərbi əməliyyatların yenidən başlanmayacağına dair zəmanət verib.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, HƏMAS və İsrail arasında Qətərin paytaxtı Dohada aparılan dolayı danışıqlarda tərəflər atəşkəslə bağlı razılığa yaxınlaşıblar.
Bildirilir ki, yeganə həll olunmamış məsələ İsrail ordusunun Qəzzadakı mövcudluğu və statusu ilə bağlıdır. Tərəflər humanitar yardımın Qəzzaya çatdırılması prosesi və HƏMAS-ın ABŞ-dən tələb etdiyi atəşkəsin davamlılığına dair zəmanət kimi məsələlərdə ciddi fikir ayrılıqlarını aradan qaldırıblar.
Qeyd edək ki, iyulun 6-da Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında danışıqlar yenidən başlayıb. Məqsəd – Qəzza zolağında davamlı atəşkəsə nail olmaq və orada saxlanılan israilli girovların azad edilməsidir.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ağ Evdə keçirilən iclasda bildirib ki, Vaşinqton yaxın günlərdə atəşkəslə bağlı razılaşmanın əldə olunacağına ümid edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət