KİV: İran ordusu İsrailin mümkün hücumuna cavab olaraq əks-hücum planı hazırlayıb
Yusif Nəzərli
06:04 12.06.2025
Dünya
275
İran İsrailin mümkün hücumuna dərhal cavab verəcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “The New York Times“ mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, İran ordusu və hökumət rəsmiləri İsrailin hücumu halında cavab tədbirləri müzakirə ediblər.
“İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailin ərazisinə dərhal əks hücumu nəzərdə tutan cavab planı hazırlayıb”, -qeyd edilib.
Qeyd edək ki, daha əvvəl CBS telekanalı məlumat yayıb ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olması barədə məlumat alıblar.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.
Ötən gün İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la müharibə olacağı təqdirdə, Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum ediləcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə